One Piece | |
Birinci cildin qapağı | |
ワンピース (azərb. Van Pis) | |
---|---|
Janr | macəra, komediya, fentezi |
Manqa | |
One Piece | |
Manqaka | Eyiçiro Oda |
Nəşriyyat | Shueisha |
Tərcüməçi nəşriyyat | Viz Media (ingiliscə) Comix-ART, Eksmo (rusca) |
Jurnal | Weekly Shonen Jump |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 19 iyul 1997 - günümüz |
Cildlər | 110 |
Fəsil sayı | 1106 |
Anime | |
One Piece: Defeat The Pirate Ganzack! | |
Rejissor | Qoro Taniquçi |
Ssenarist | Hiroaki Katacima |
Vaxt | 29 |
Anime | |
One Piece | |
Rejissor | Konosuke Uda (#1–278) Cuncu Şimidzu (#131–159) Munehisa Sakai (#244–372) Hiroaki Miyamoto (#352–679) Toşinori Fukazava (#663–) |
Studiya | Toei Animation |
Lisenziya | ingiliscə: Avstraliya Madman Entertainment Sinqapur Odex {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} Manga Entertainmentrusca: Rusiya Komiks-art |
Kanal | Yaponiya Fuji TV (və digər FNS kanalları) Avstraliya Network Ten, Cartoon Network (Toonami) 2x2, AXN Sci-Fi, Sony Turbo Kanada YTV Yeni Zelandiya Cartoon Network, TV2 {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} Toonami, CN TooABŞ Fox (4Kids TV), Cartoon Network/Adult Swim (Toonami) Rusiya 2x2, Sony Sci-Fi |
Buraxılış tarixi | 20 oktyabr 1999 – günümüz |
Vaxt | 23 dəq. |
Seriyalar | 1122 |
Anime | |
'One Piece Film Strong World: Episode 0' | |
Rejissor | Naoyuki İto |
Studiya | Toei Animation |
Vaxt | 30 dəq. |
Tam metrajlı anime: | |
|
One Piece (ワンピース, Wan Pīsu?, azərb. Van Pis) — Eyiçiro Odanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. Manqa Weekly Shonen Jump jurnalında 1997-ci ilin iyulun 19-dan seriallaşır. Fəsilləri 105 tankobon cildə yığılmışdır.
Eyiçiro Odanın saytında elan olub ki, bu manqa Ginnesin Rekordlar Kitabına "bir müəllifin yaratdığı ən çox nüsxə satan bir komiks seriayası" kimi düşdü. 2014-cü ilin dekabr ayına kimi dünyanın 30-dan çox ölkəsində onun 320 milyon 866 min nüsxəsi çap olunub,[1] bu onu tarixdə ən yaxşı satılan manqa edir.
One Piece dünyasının əhalisi insanlar, balıq insanları, miklər (humanoid heyvanlar) və s. ağillı varlıqlardan ibarətdir. Onun əsas hissəsi Red Layn (赤い土の大陸(レッドライン), Reddo Rain?) adlı bu dünyanın tək qütbü olan nəhəng dağ sistemi ilə ayrılan iki okeandan ibarətdir.[2] Red Layna perpendikulyar axan Qrand Layn (偉大なる航路(グランドライン), Gurando Rain?) dənizibu okeanları daha bir dəfə dörd dənizə bölür: Nors Blu (北の海(ノースブルー), Nōsu Burū?), İst Blu (東の海(イーストブルー), Īsuto Burū?), Vest Blu (西の海(ウェストブルー), Uesuto Burū?) və Saus Blu (南の海(サウスブルー), Sausu Burū?).[3]
Serial Dəniz Quldurlar Kralı (海賊王, Kaizokuō?) olan Qol D. Rocerin edamından başlanır. Ölməkdən əvvəl onun One Piece (ひとつなぎの大秘宝 (ワンピース), Wan Pīsu?) adlı həzinəsinin haqqını onu ilk tapanına verdiyini elan edib, beləliklə Böyük Pirat Dövrünü (大海賊時代, Daikaizokujidai?) başlayır: saysız piratlar Qrand Layna həzinəyi tapmaq üçün yollanırlar.
Rocerin ölümündən iyirmi iki ildən sonra Manki D. Luffi adlı oğlan da One Piece tapıb, Dəniz Quldurlar Kralı olmaq üçün İst Blu dənizindən öz səyahətini başlayır.
Eyiçiro Oda tərəfindən yazılan və çəkilən manqa 1997-ci ilin iyulun 19-dan bəri Weekly Shōnen Jump jurnalında nəşr olunur. Həmin ilin 24 dekabrından o, "Shueisha" tərəfindən tankobonlara toplanılır.[4] Ümumilikdə 1055 fəsili və 105 tankobon cildi var.[5]
Production I.G istehsalı "One Piece: Defeat Him! The Pirate Ganzack!" animesi 1998-ci ildə keçirilən "Jump Super Anime Tour" tədbiri üçün rejissor Qoro Taniquçi tərəfindən çəkilib.[6] 2008-ci ilin iyulda One Piece: Romance Dawn Story adlı ikinci film Toei Animation tərəfindən Jump Super Anime Tour üçün istehsal olunub.[6]
Manqanın anime serialı adaptasiyası Toei Animation studiyası tərəfindən istehsal olunmuşdur. İlk dəfə 1999-cu ilin oktyabrın 20-də Yaponiyanın Fuji Television kanalında yayımlanmışdır. Ondan bəri 700-dən çox seriyası çıxmışdır və serial hələ də davam edir.[7].
Hal-hazırda ümumilikdə "One Piece" əsasında çəkilmiş 13 tammetrajlı anime mövcuddur.[8]
2010-cu ildə çıxan "One Piece Film Strong World: Episode 0" anime OVA-sı "0-cı fəsil" adlı manqanın anime adaptasiyasıdır. Orada Rocerın ölümündən öncə və sonraki hadisələr göstərilir.[9]
"One Piece" əsasında 2000-ci ilin iyunun 19-da çıxan ilk oyun "WonderSwan Color" üçün olan "From TV Animation — One Piece: Become the Pirate King!" idi.[10] Yaponiyadan başqa yerlərdə də çıxan ilk oyun isə PlayStation 2 və Nintendo GameCube platformaları üçün olan "One Piece: Grand Battle! Rush" idi.[11]
Anime serialının bəstəkarları Kohey Tanaka ilə Şiro Hamaquçidir.[8]
Birinci ranobe eyniadlı OVA-nın əsasında yazılıb, 1999-cu ilin iyunun 3-də çıxmış "One Piece: Defeat The Pirate Ganzak!" idi.[12] 2000-ci ilin iyulun 17-də isə Loq Taun qübbənin adaptasiyası olan "One Piece: Logue Town Chapter" adlı ranobesi çap edilmişdir.[13] 2001-ci ilin martın 19-da çıxan "Clockwork Island Adventure" ranobe şəkildə adaptasiya olunmuş franşizin ilk tammetrajlı animesi olub.[14] Adoptasiya olunmuş ikinci qübbə Apis adlı qız və əjdahalar haqqında idi. "One Piece: Thousand-year Dragon Legend" adlı ranobe versiyası 2001-ci ilin dekabrın 25-də yayımlanıb.[15] 2002-ci ilin martın 22-də "Chopper's Kingdom on the Island of Strange Animals", 2003-cü ilin martın 10-da "Dead End no Bōken",[16][17] 2004-cü ilin martın 22-də "Curse of the Sacred Sword", 2005-ci ilin martın 14-də "Dead End no Bōken",[18][19] 2006-cı ilin martın 6-da "The Giant Mechanical Soldier of Karakuri Castle", 2007-ci ilin martın 7-də "The Desert Princess and the Pirates: Adventures in Alabasta",[20][21] 2008-ci ilin fevralın 25-də isə "Episodes of Chopper Plus: Bloom in the Winter, Miracle Cherry Blossom"[22] tammetrajlı animenin ranobe adaptasiyası üzə çıxıb.
"One Piece: Color Walk 1" adlı ilk qrafik albom 2001-ci ilin iyulunda,[23] ingilis tərcüməsi isə 2005-ci ildə yayımlanmışdır[24]. "One Piece: Color Walk 2" 2003-cü ilin noyabrın 4-də,[25] "One Piece: Color Walk 3 — Lion" adlı üçüncü albom isə 2006-cı ildə nəşr olunub[26]. "Eagle" altbaşlıqlı dördüncü və "Shark" altbaşlıqlı beşinci albom müvafiq olaraq 2010-cu ilin mart və dekabr ayında satışa buraxılıb.[27][28] "One Piece: Color Walk 6 — Gorilla" isə 2014-cü ilin yanvar ayında çıxıb.
Manqanın əsasında "One Piece: Red — Grand Characters" adlı ilk soraq kitabçası 2002-ci ilin martın 2-də nəşr olunub,[29] "One Piece: Blue — Grand Data File" adlı ikincisi həmin ilin avqustun 2-də,[30] "One Piece: Yellow — Grand Elements" adlı üçüncüsü 2007-ci ilin aprelin 4-də,[31] "One Piece Green: Secret Pieces" adlı dördüncüsü 2010-cu ilin noyabrın 4-də,[32] "One Piece Blue Deep: Characters World" adlı beşinci soraq kitabçası isə 2012-ci ilin martın 2-də[33] üzə çıxıb. Anime soraq kitabçası isə "One Piece: Rainbow!" başlığın altında 2007-ci ilin mayın 1-də çıxıb.[34]
2017-ci ildə Weekly Shōnen Jump jurnalın redaktoru Hiroyuki Nakano bəyan edib ki, Tomorrow Studios və Shueisha One Piece manqanın 20 il yubileyi ilə əlaqədar Amerkikan serialı istehsal etməyə başlayacaqlar.[35][36]
2020-ci il Tokio Olimpiadasında yunan atlet Miltiadis Tentoglou kişilər arasında uzunluğa tullanma yarışında qızıl medal qazanmazdan əvvəl "Gear Second" pozası verdi.[37] Meyvə milçəyindəki (Drosophila melanogaster) bir gen qismən One Piece personajı Buggy-dən ilham alaraq "Baramisin" adlandırıldı. Gen bir neçə hissəyə bölünmüş zülalı kodlayır.[38]