Open Handset Alliance | |
---|---|
Növü | Konsorsium |
Yaranma tarixi | 5 noyabr 2007[1] |
Mərkəzi | |
openhandsetalliance.com |
Open Handset Alliance — mobil cihazlara açıq standartlar yaratmaq üçün qurulmuş və 84[2] şirkətin üzv olduğu Konsorsium. Üzvlər arasında HTC, Sony, Dell, Intel, Motorola, Qualcomm, Texas Instruments, Google, Samsung Electronics, LG Electronics, T-Mobile, Sprint Corporation, Nvidia və digər şirkətlər[3] var.
OHA 5 noyabr 2007-ci ildə Google və aralarında mobil telefon istehsalçıları, proqram təminatı istehsalçıları, bəzi mobil operatorlar və çip istehsalçılarının[4] da olduğu 34 üzvün[3] rəhbərliyi ilə yaradıldı. Alyansın aparıcı proqram təminatı Android (ilk olaraq Google tərəfindən 2007-ci ildə yaradılıb) açıq qaynaq lisenziyasına əsaslanır və Apple, Microsoft, Nokia (Symbian), HP, Samsung Electronics / Intel (Tizen, Bada), BlackBerry şirkətlərinin mobil platformalarına qarşı rəqabət aparır.
Vahid Android platformasının yayılması səyləri çərçivəsində OHA üzvlərinə müqavilə əsasında Androidin uyğun olmayan forklarına əsaslanan cihazlar istehsal etmək qadağan edilib.[5][6]
2007-ci il Noyabrın 5-də Open Handset Alliance formalaşdırılmasının elan edilməsi ilə yanaşı, OHA həm də Androidi — Linux nüvəsinə əsaslanan açıq qaynaqlı mobil telefon platformasını təqdim etdi. Proqram təminatı istehsalçıları üçün ilk SDK 12 noyabr 2007-ci ildə təqdim edildi.
Androidlə işləyən ilk kommersiya məqsədli telefon HTC Dream (digər adı ilə T-Mobile G1) olmuşdur. O 18 avqust 2008-ci ildə Federal əlaqə komissiyası (FCC) tərəfindən təsdiqləndikdən sonra, həmin ilin 22 Oktyabr tarixində satışa çıxarılmışdır.
Open Handset Alliance üzvləri:
Qəbul tarixi | Şəbəkə operatorları | Proqram təminatı istehsalçıları | Digər | Komponent istehsalçıları | Cihaz istehsalçıları |
---|---|---|---|---|---|
Qurucu üzvlər[7] |
|
| |||
Dekabr 2008[8] |
| ||||
May–İyun 2009 | |||||
Sentyabr 2009 | |||||
Yanvar 2010 | |||||
May 2010 | |||||
İyul 2010 | |||||
Noyabr 2010 | |||||
İyun 2011 |
|
||||
İyul 2011 |
|
||||
Bilinmir |
|