Oraqvari akasiya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Cins: Növ: Oraqvari akasiya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Oraqvari akasiya (lat. Acacia falcata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. 5-m hündürlüyə çatan, çoxillik kol və ya ağacdır. Vətəni Şərqi Avstraliyadır. Elmi adı yarpaqları oraqşəkilli olduğuna görə verilib. Kulturada becərməyə uyğunlaşdırılaraq kolluqların bərpasında istifadə olunur.
2–5 m hündürlüyündə olan kol və ya kiçik bir ağacdır ki, gövdəsi boz və ya qara qabıqla örtülü olur. Əksər akasiyalarda olduğu kimi, yarpaqlardan çox oraqvari filloklaidiyaları olur. Onların uzunluğu 7-19 sm, yaxşı nəzərə çarpan əsas damarlı, solğun yaşıl və ya boz-yaşıl rənglidir. Kiçik dairəvi çiçəkləri ağımtıl və ya solğun-sarı rəngdədi. Paxla meyvəsində 4.5–12 sm uzunluğunda və 0.5-0.8 sm enində nazik toxumları olur[2].
Bitki aprel-avqust aylarında çiçəkləyir, sentyabr-dekabr aylarında meyvə və toxum verir[3]. Toxum dekabr ayında tam yetişir və küləklə yayılır. Toxum tullantılarla çirkləndirilmiş ərazilərdə cücərə bilir.
Şərqi Avstraliyada: Queenslanddan cənub sahilindən, şərqdə Yeni Cənubi Uelsin şərqinə və Bermagui'ya qədərdir[2]. Əsasən açıq meşədəki gilli daşlı torpaqlarda bitir. Eucalyptus paniculata, E. longifolia və E. tereticornis kimi ağaclarla assosaiyalar əmələ gətirir[4].