Orta Assuriya imperiyası | |
---|---|
Paytaxt | Aşşur |
Vikianbarda əlaqəli mediafayllar |
Orta Assuriya imperiyası — Assuriya tarixinin e.ə. 1365-ci ildə I Assur-uballitin hakimiyyətə gəlməsindən[1] e.ə. 912 ci ild əAssur-danın vəfat etməsinə qədərki dövrü əhatə edən üçüncü mərhələsi. Assuriya padşahlarının e.ə. XXV əsrdə mövcud olmasına və e.ə. XXI əsrdən etibarən Assuriya Anadoluda ticarət koloniyalarına nəzarət etməsinə baxmayaraq, Orta Assuriya imperiyası Assuriyanın bir imperiya olaraq ilk həqiqi yüksəliş dövrü idi. Cənubi Mesopotamiyada iqtisadi və hərbi təsirə malik idi və eramızdan əvvəl XIX əsrin sonlarından etibarən bəzən Qədim Assuriya imperiyası adlandırılan "Şəmsi-Ədəd imperiyası"nın tərkib hissəsi olmuşdur. İmperiya ardıcıl genişlənmə və tənəzzül dövrlərini yaşamışdır, lakin bütün dövr ərzində Mesopotamiyanın və çox vaxt bütün Qərbi Asiyanın dominant gücü olaraq qalmışdır.