Orta Dünya

Orta Dünya
Üçüncü Dövrdə Orta Dünyanın şimal-qərbi
Üçüncü Dövrdə Orta Dünyanın şimal-qərbi
Hobbit
Üzüklərin hökmdarı
Silmarillion
Tip Qitə
Ölkə

Ölkələr:

Lotlorien, Şır, Erebor, Arnor, Qondor, Anqmar, Moria, Rohan, Mordor, Rivendel
Yaradıcı C. R. R. Tolkin
Janr Fentezi
Tanınmış yerləri Beleriand, Eriador, Göy dağlar, Dumanlı dağlar, Rovanion, Dəmirli təpələr, Qarameşə, Hitlum və s.
Personajlar Bilbo Beggins, Frodo Beggins, Elrond, Qaladriel, Qandalf, Sauron, Saruman, Radaqast, Leqolas, Araqorn, Gimli və s.
Əhali elflər, insanlar, qnomlar, hobbitlər, orklar, trollar, entlər

Orta Dünya (ing. Middle-earth; Éndor (kv. Endor); Ennorat (sind. Ennorath)) — Con Tolkinin legendariumunda, icad etdiyi kainatda bir qitə, hadisələrin baş verdiyi əsas məkan. "Hobbit" və "Üzüklərin hökmdarında" hadisələr tam olaraq, "Silmarillion" və "Bitməmiş əfsanələr" əsərlərində isə qismən Orta Dünyada baş verir.

Tolkin, Orta Dünyanın və onun ayrı-ayrı ərazilərində baş verən hadisələrin bir neçə xəritəsini hazırlamışdı. O, sağ olanda, onların heç də hamısı dərc olunmamışdır. Əsas xəritələr “Hobbit”, “Üzüklərin hökmdarı”, “Silmarillion” və “Bitməmiş əfsanələrdə” nəşr olunan xəritələr idi. Birinci Dövrün hadisələrinin əksəriyyəti həmin dövrün sonunda Orta Dünyanın batmış Beleriand adlı hissəsində baş verirdi. Beleriand xəritəsinin sağ kənarındakı Göy dağlar Orta Dünyanın İkinciÜçüncü Dövrlərə aid xəritəsində yuxarı solundakı dağ silsiləsi həmin Göy dağlardı. Tolkinin Orta Dünya xəritələri dünyanın yalnız kiçik bir hissəsini əhatə edir, Run və Harad torpaqlarının geniş hissələri, eləcə də digər qitələr göstərilmir.

Tolkin dəfələrlə qeyd edib ki, Orta Dünya bizim Yer planetimizdə yerləşir[1] (daha doğrusu, uzaq keçmişdə «yerləşirdi»). O, bu barədə həm “Üzüklərin hökmdarı” əsərində[2] həm də məktublarında qeyd etmişdi[3]. Onun sözlərinə görə, Üçüncü Dövr təxminən altı min il əvvəl başa çatmışdır[4]. Şırın ətrafı indiki Şimal-Qərbi Avropadır (məsələn, Hobbiton Oksford kimi eyni çografi enlikdə yerləşir)[5]. Lakin o, bəzi məktublarda cavab olaraq öz hekayələrini «ikinci dərəcəli reallıqa» aid edib (ing. secondary or sub-creational reality, secondary belief)[6]. 1971-ci ilin yanvarında verdiyi müsahibəsində təsvir etdiyi hadisələr başqa bir dövrdə baş verdiyini hesab etmək olarmı sualına o, belə cavab vermişdi: «Xeyr.... amma digər bir təsəvvür səviyyəsində - bəli, olar»[1][7]. Buna baxmayaraq, o, hadisələrin Yer planetində baş verdiyini təsdiqləmişdir; Midqard və Orta Dünyanı müqayisə edərək demişdi: «Bəli, bunlar eyni sözdür. İnsanların əksəriyyəti Orta Dünyanın elmi fantastikadakı kimi başqa bir aləm və ya başqa bir planet olduğunu düşünməklə yanılırlar, bu sadəcə dəbdən çıxmış köhnə bir sözdür ki yaşadığımız dünyanı ifadə edirdi, hansı ki Okeanla əhatə olunmuş kimi təsəvvür edilirdi»[1]. 1971-ci ilin sonunda o, təsvir etdiyi hadisələri «Yer planetinin tarixində qısa bir epizod» olduğunu bir daha təsdiqləmişdir.

Middle-earth sözü - qədim ingiliscə middangeard sözündən orta ingiliscəyə keçən middel-erde sözünün müasir dildə tam tərcüməsidi, hansıki cənnətlə cəhənnəm arasında yerləşən real, insanların yaşadığı dünyanın adı idi[8][9][10]. Tolkin bu termini Ⅷ əsrdə yaşamış ingilis rahibi Kinevulfun "Məsih" və "Helen" şeirlərindən götürmüşdü[11].

Eala Earendel engla beorohtast
Ofer middangeared monnum sended

Hail Earendel brightest of angels
Above Middle-earth sent unto men

Earendelə salam olsun, mələklərin ən parlaqı,
Orta Dünya üzərinə insanlara göndərildi.
"Məsih I" şeiri

Orta Dünya kvenya dilində Endor və ya Endore (kv. Endor, Endórë), «orta torpaq» adlanırdı, sindarin dilində eyni ad Ennorat (Sind. Ennorath) kimi səslənirdi. Orta Dünya vaxtilə Tərk edilmiş Torpaqlar, Xarici Torpaqlar, Böyük Torpaqlar kimi də adlandırılırdı[12].

  1. 1 2 3 Interview with J.R.R. Tolkien Arxivləşdirilib 2012-09-06 at Archive.today Arxivləşdirilib 2012-09-06 at Archive.today.
  2. Fellowship of the Ring, «Prologue» and Appendix D.
  3. Tolkien, Letters, ed. Humphrey Carpenter, nos. 151, 165, 183, 210, 211, 212, 294, 325.
  4. Letters, no. 211.
  5. Letters, no. 294.
  6. Letters, nos. 180, 200, 328.
  7. Rico Abrahamsen. Webwork by Varda. «Stages of Imagination» Arxivləşdirilib 2012-10-11 at the Wayback Machine.
  8. Middle-earth // Encyclopedia of Arda. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-25 – glyphweb.com vasitəsilə.
  9. Carpenter, 1981 Letters, #165 to the Houghton Mifflin Co., 30 June 1955
  10. Harper, Douglas. "Midgard". Online Etymological Dictionary; etymonline.com. 17 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2010.
  11. Carpenter, 1981 Letters, #297 draft for a letter to a 'Mr Rang', August 1967
  12. Gilliver, Peter; Marshall, Jeremy; Weiner, Edmund. The Ring of Words (1st). Oxford University Press. 2006. səh. 164. ISBN 0-19-861069-6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]