Osman Pamukoğlu

Osman Pamukoğlu
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1947(1947-12-27) (76 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Rütbəsi general
osmanpamukoglu.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osman Pamukoğlu (27 dekabr 1947, Sinop), Türk əməkdar general, yazıçı və siyasətçi. Haqq və Bərabərlik Partiyasının (HEPAR) qurucusu və ilk sədridir.

Sinopun Gərzə rayonunda anadan olan Osman Pamukoğlu, 11 yaşından 55 yaşına qədər hərbi uniforma geyinmişdir. Səlimiyyə Hərbi Orta Məktəbi, Kuleli Hərbi Liseyi, Quru Hərb Məktəbi, Piyadə Məktəbi, Quru Hərb Akademiyası, Silahlı Qüvvətlər Akademiyası və Milli Təhlükəsizlik Akademiyasında təhsil almışdır. 10 il piyadə subayı, 16 il qurmay subay olaraq, qitə komandanlıqları və qərargah subaylığı vəzifələrində çalışmışdır. 1990-1992-ci illərdə Ədirnə-Uzunkörpüdə 42-ci Piyadə Alay Komandanlığı, 1993-1995-də Hakkaridə Dağ və Komanda Tuqayı və Təhlükəsizlik Komandanlığı, 1998-2000-ci illərdə Kiprdə 28-ci Mexaniki Piyadə Tümən Komandanlığı, 2000-2001-də İstanbulda Piyadə Məktəb Komandanlığında vəzifəsini yerinə yetirmişdir.

1993-cü ildə Tuğgenerallığa tərfi etmiş, 1997-ci ildə Tümgenerallığa yüksəlmişdir. 2002-ci ildə tümgenerallıqdan əməkli olan Pamukoğlu toplamda 43 il hərbi uniforma geyinmişdir. Osman Pamukoğlu, birinci dərəcədən “Altın Üstün Cəsarət və Fərəqət Medalı”, 2 dəfə “Üstün Cəsarət və Fərəqət Nişanı” və 5 dəfə “Üstün Birlik Yetişdirmə Nişanı” almışdır. Osman bəy Pamukoğlu, Türkiyə Ordusunda 5 ədəd “Üstün Birlik Yetişdirmə Nişanı”na sahib tək şəxsdir.

  •  Unudulanlar Xaricində Yeni Bir Şey Yoxdur (2003)
  •  Ey Vətən, Dostlar Yuxulardan Oyansın! (2004)
  • Qara Toxum (2005)
  • Ayandon (2006)
  • Yolçu Keçməsin Bu Ömür (2006)
  • İnsan və Dövlət (2007)
  • Anqut (2008)
  • Qorxunun Uşaqları (2010)
  • Ağıllı ol! (2012)
  • Siyasətin Səfaləti (2013)
  • Cəhənnəmdərə Kanyonu (2013)
  • Müharibə Sənəti (2014)