Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
islam | |
Osman Şah məscidi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Yunanıstan |
Bölgə | Triqala |
Memarlıq | |
Memarı | Memar Sinan |
Üslubu | Osmanlı memarlığı |
Minarələrin sayı | 1 |
Materialı | daş və kərpic |
Vikianbarda əlaqəli mediafayllar |
Osman Şah məscidi (yun. Τέμενος Οσμάν Σαχ) və ya Kurşum məscidi (Κουρσούμ Τζαμί, from türk. kurşun camii) — Yunanıstanın Triqala şəhərində yerləşən, XVI əsrə aid Osmanlı məscidi.
Osman şah məscidini Sultan Səlimin qızlarından birinin oğlu olan və sonradan edam edilən (ö. 1515) vəzir İsgəndər Paşanın oğlu, Qara Osman Paşa kimi tanınan Osman şah tikdirmişdir. Osman şah Tiriqala sancağı olan yerli əyalətin valisi kimi uzun müddət Tiriqalada yaşayıb.[1] Məscid Osmanlı imperatorluğunun memarı Memar Sinan tərəfindən layihələndirilib və müasir Yunanıstanda Memar Sinan tərəfindən layihələndirilən yeganə məsciddir.
Məscidin ilkin tikilmə tarixi qeyri-müəyyəndir, lakin ehtimal olunur ki, məscid 1550-1560-cı illərdə, çox güman ki, 1550-ci illərin sonlarında tikilmişdir.[1] Osman, mədrəsə, xeyriyyə evi, karvansara kimi bir çox xeyriyyə qurumlarını məsciddə birləşdirərək binanı sosial kompleksə çevirə bildi. 1568-ci ildə vəfat etdikdən sonra Osman şah məscidin cənub həyətindəki türbədə dəfn edilmişdir. Bir əsr sonra, Övliya Çələbinin buraya səfəri zamanı məscid şəhərin əsas məscidi idi.
Osman şah məscidi, Övliya Çələbinin Tiriqalada mövcud olduğunu qeyd etdiyi ən azı səkkiz məsciddən yeganə salamat qalan məscididir.[1] Binanın üstündə diametri 18 metr (59 fut) olan yarımkürəşəkilli günbəz var. Ön tərəfdəki eyvan 1998-ci ildə təmir zamanı tamamilə yenidən qurulmuşdur.[2][3] Kəsilmiş daşdan tikilmiş minarə məscidin şimal-qərb küncündə yerləşir və dam örtüyündən başqa digər yerləri yaxşı qorunub saxlanılmışdır. Arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan əsərlər üçün anbar yeri kimi istifadə edilən məscid xeyriyyəçisinin səkkizguşəli türbəsi istisna olmaqla, məscidə bağlı olan bütün digər tikililər günümüzə qədər gəlib çatmamışdır.[1] Məscid bu gün ibadət üçün istifadə edilmir. Məscid sadəcə kiçik tədbirlərin keçirildiyi yer kimi fəaliyyət göstərir və YUNESKO tərəfindən qorunur.