Osteit

Bu məqalə Qalçanın kondensasion osteit sindromu səhifəsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Osteit (qədim yunan dilindən ὀστοῦν - sümük[1]) sümük toxumasının, o cümlədən, insan skeleti sümüklərinin iltihabını xarakterizə edən xəstəlikdir. Osteit olduqca geniş yayılmış bir xəstəlik növüdür.[2] Lakin onun təmiz forması, sümük iltihabı çox nadir hallarda rast gəlinir və demək olar ki, bütün elementləri - periosteum, sümük və sümük iliyi bu prosesdə iştirak edir.[3] Düzgün diaqnoz və müalicə ilə tam sağalma şansı vardır.

Osteitin növləri

[redaktə | mənbəni redaktə et]

Osteitin bir neçə növü ayırd edilmişdir.

İnkişaf səbəblərinə görə

[redaktə | mənbəni redaktə et]
  • qeyri-spesifik osteit - müxtəlif xəsarətlər, sınıqlar və ya ekstremal halların , o cümlədən düzgün aparılmayan sümük əməliyyatının nəticəsidir.
  • spesifik osteit - müxtəlif bakteriya və viruslar (vərəm, sifilis və s.) tərəfindən sümük zədələnməsinin nəticəsidir.

Formasına görə

[redaktə | mənbəni redaktə et]
  • kəskin osteit - sümüklərin məhvi;
  • xroniki osteit - sümük proliferasiyası[4]

Eksudatın xarakterinə görə isə aseptik və irinli olaraq ayrılırlar.[3]

Osteitin yalnız iki səbəbi vardır. Bunlardan birincisi infeksiya və zədədir. Yaralanmalar, sınıqlar və ya sümüklərin parçalanması halında xarici mühitlə yara arasında təmas yaranır. Əməliyyatın aparılması da vacib rol oynayır. Belə ki, əgər sanitar-gigiyenik normalara düzgün əməl olunmazsa, əməliyyatdan sonrakı prosedurlar aparılmazsa sınıq yerində bakteriyalar (sifilis və vərəm) üçün əlverişli mühit yarana bilir. Bruselyoz, paratif qızdırması, qonoreya, cüzamrevmatoid artriti yaradan bakteriyaviruslar tərəfindən insanlara yoluxma halları nadirdir.[5]

Osteitin simptomları və əlamətləri

[redaktə | mənbəni redaktə et]

Sümük toxumasının osteitinin simptomları və əlamətləri birbaşa xəstəliyin özündən, xəstənin ümumi vəziyyətindən, həmçinin iltihabla birlikdə mövcud olan xəstəliklərdən asılıdır.[6]

Kəskin osteitin simptomları

[redaktə | mənbəni redaktə et]

Osteitin kəskin formasını göstərən ən vacib simptomlardan biri məruz qalmış ərazidə ağrı və spazmın olmasıdır. Xəstədə tez-tez əzaların hərəkətliliyinin, əsasəndə qollar və ayaqlarda pozulması, həmçinin beldə şiddətli ağrılar hiss olunur. Sümüklərin ikinci dərəcəli deformasiyaları və yaxud daha kəskinləşmiş halda səbəbsiz sümük sınıqları baş verir. Xəstənin onurğa beyni nahiyəsində sinir sistemi pozulur. Fistul və ya flegmonun formalaşması xarakterikdir.

Osteitin xroniki və fibroz formalarının simptomları

[redaktə | mənbəni redaktə et]

Xroniki osteit sümüklərin qalınlaşması ilə xarakterizə olunur. Periodontit inkişaf edir. Osteitis fibros zamanı isə heç bir xüsusi simptomlar müşahidə olunmur.[7] Ağrı və qamət pozğunluğu ilə , bəzi hallarda isə əzaların deformasiyası ilə xarakterizə olunur. Osteomalaziya və osteoporozun inkişafı müşahidə edilir.ref>"Остит - воспаление костных тканей. Симптомы, диагностика и лечение остита" (rus). nmedicine.net. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.</ref>

Osteitin diaqnozu

[redaktə | mənbəni redaktə et]

Sümük toxumasının osteitinin diaqnozu, bir qayda olaraq, ümumi müayinədən başlayır. Əvvəlcə həkim xəstənin bütün şikayətlərini dinləyir, sonra rentgen çəkir (skelet sisteminin vəziyyətinin ətraflı təsviri). Lazım gəldiyi təqdirdə qan, sidik və ya radionuklid testləri, sümük toxumasının biopsiyası, immunoloji və bakterioloji testlər aparılır.[5]

Sümük iltihabının müalicəsi, adətən cərrahi üsullardan istifadə edərək yaranan sümük patologiyasının aradan qaldırılması ilə başlayır:
  • nekrektomiya - nekrotik toxuma prosesləri nəticəsində zədələnmiş toxumaların çıxarılması;
  • seqvestrektomiya - ayrılmış sümüklərin çıxarılması;
  • sanasiya - antiseptiklərdən istifadə edərək patologiyaların aradan qaldırılması.

Antibiotiklər, antiseptiklər, proteolitik fermentlər kimi dərmanlardan da istifadə olunur. Fizioterapevtik prosedurlar vasitəsilə müalicə olunur, vitaminlər qəbul etməklə immunizasiya, inyeksiya, vitamin və zülallarla zəngin olan müvafiq pəhrizə riayət etmək tövsiyə olunur. Bəzi hallarda isə bədənin zədələnmiş hissələri hərəkətsiz hala gəlir.[8]

  1. "Остит | Симптомы и лечение остита | Компетентно о здоровье на iLive". ilive.com.ua. 2018-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  2. "Остит костей, симптомы и лечение". comp-doctor.ru. 2018-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  3. 1 2 С.В.Тимофеев и др. Общая хирургия животных. М.: Зоомедлит. 2007.
  4. "Остит - причины, виды, симптомы и лечение". Ortocure (rus). 2017-10-05. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  5. 1 2 "Остит - что такое, причины, лечение, симптомы, диагностика, прогноз" (rus). vospalenia.ru. 2018-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  6. "Остит" (rus). www.24farm.ru. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.
  7. "Остит фиброзный (ostitis fibrosa) - Хирургические заболевания, травматология, ортопедия, урология - Справочник практического врача - Мед Читалка". «Мед Читалка» (rus). 2010-01-01. İstifadə tarixi: 2018-05-31.
  8. "Воспаление костной ткани: симптомы, причины, лечение" (rus). provospalenie.ru. 2018-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.