Austfonna buzlağı | |
---|---|
norv. Austfonna | |
Ümumi məlumatlar | |
Tipi | Dağ buzlağı |
Sahəsi | 8 492 km² |
Qalınlığı | 560 |
Yerləşməsi | |
79°49′00″ şm. e. 24°39′48″ ş. u.HGYO | |
Ölkə | Norveç |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Austfonna buzlağı (norv. Austfonna) — Şpitsbergen arxipelaqına daxil olan Şimal-Şərq Torpağı adasında yerləşən buzlaq. Buzlaq Norveç və Şpitsbergen arxipelaqının ən böyük, Avropanın ikinci (Şimal adasının buzlaq örtüyü), Dünyanın isə yeddinci ən böyük buzlağıdır. Buzlaq adanın şərqində yerləşir və 8 492 km²[1] ərazini əhatə edir. Cənubdan onun davamını Syorfonna buzlağı təşkil edir. Şimal və şərq hissədən dənizə bir başa çıxış əldə edir. Burada aysberqlər əmələ gətirir. Mərkəzi hissədə hündürlüyü 600–720 metrdir. Buzlağın qalınlığı 560 metrdir. Qidalanma sərhədi 400–500 metrdən başlayır.