Osvald Şpenqler | |
---|---|
alm. Oswald Arnold Gottfried Spengler | |
Doğum tarixi | 29 may 1880[1][2][…] |
Vəfat tarixi | 8 may 1936[3][1][…] (55 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Elmi dərəcəsi |
|
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Osvald Şpenqler (doğum adı Osvald Arnold Qotfreyd Şpenqler; 29 may 1880[1][2][…] – 8 may 1936[3][1][…], Münxen, Üçüncü Reyx[3]) — Alman tarixçi və fəlsəfə tarixi mütəxəssisi. Riyaziyyat, təbiətşünaslıq və incəsənət kimi sahələrlə maraqlanmışdır. Məşhur kitabı olan "Qərbin tənəzzülü" (The Decline of the West) 1918 və 1922-ci illərdə nəşr olunmuş özündə bütün dünya tarixini əks etdirmişdir. Onun irəli sürdüyü yeni nəzəriyyəyə görə mədəniyyətlərin ömrü məhdud olur və bunlar sonda çürüyürlər. O, Birinci Dünya müharibəsi və Birinci və İkinci dünya müharibəsi arasındakı dönəmdə çoxlu yazılar yazmış və Almaniyanın Avropadakı hegemonluğunu dəstəkləmişdir. Onun digər yazıları Almaniyadan xaricdə də öz kiçik təsirini göstərmişdir. Şpenqlerin 1920-ci ildə təqdim etdiyi "Prussiandom və Socialism" kitabında sosializm və avtoritarizmin əsasları və millətçilik müdafiə olunur. Bəzi Nasistlər (məsələn, Qobbels) Şplenqeri təbliğatçı hesab edirdilər. Lakin 1933-cü ildə onun Almaniya və Avropanın gələcəyi haqqındakı pessimist fikirləri, Nasistlərin irqi ayrı seçkilik idealarını dəstəkləməkdən boyun qaçırması və "The Hour of Decision" (Qərar saatı) adlı tənqidi kitabından sonra nasistlər tərəfindən sürgün olunmuşdur.
Osvald Şpenqler 29 may 1980-ci ildə Almaniyanın Blankenburq şəhərində anadan olmuşdur. O, Bernard və Paulin Şpenqlerlərin ikinci övladı idi. Şpenqlerin qardaşı səkkiz aylğında ikən anası ağır camaşır səbətini daşımışdı və bu da uşağın doğumdan üç həftə sonra, 1879-cu ildə ölməsinə səbəb olmuşdur. Osvald qardaşının ölümündən on ay sonra dünyaya gəlmişdir. Onun üç bacısı da var idi : Adel, Qertrad, Hilderqard. Onun ata babası Teodor Şpenqler kəndin metallurgiya müfəttişi idi. Poçtalyon olan atası Bernard Şpenqler işgüzar və çalışqan biri olmaqla intellektualizmi bəyənmirdi və bunu oğluna da təlqin etməyə çalışırıdı.
Şpenqlerin ürəyində problemlər var idi və o, bütün həyatı boyu miqren (başda nevroloji xətəlik) xəstəliyindən əziyyət çəkmişdir. On yaşında olarkən ailəsi ilə birlikdə Almaniyanın ən böyük universitetinin yerləşdiyi Halle şəhərinə köçdü. Şpenqler yerli Gimnaziyada klassik təhsil alaraq, yunan, latın dillərini, riyaziyyatı və başqa elmləri öyrənirdi. Burada onun, həmçinin incəsənətə olan həvəsi də böyüməyə başladı, xüsüsilə də şeiriyyətə, drama və musiqiyə – Höte və Fridrix Nitsşenin fikirlərinin təsiri altına düşdü. O, hətta bədii yaradıcılıqla da məşğul olmuşdur və onun əsərlərinin bəziləri hələ də qalmaqdadır. 1901-ci ildə atasının ölümündən sonra Şpenqler bir neçə universitetdə (Münhen, Berlin və Halle) elmi işçi kimi çalışdı, eyni zamanda da bir neçə fəndən dərs aldı. O, təkbaşına çalışırdı, müəllimsiz, rəhbərsiz. 1903-cü ildə Şpenqler Heraklitlə bağlı doktorluq dissertasiyasını uğurla müdafiə edə bilmədi, buna səbəb isə o haqda az məlumata sahib olması idi və bu uğursuzluq onun akademik karyerasının sonuncu şansı idi. 1904-cü ildə elmlər namizədi titulunu aldı və 1905-ci ildə sinir sistemində dəhşətli problemlər yarandı. Alimlər onun sonrakı həyatının normal keçdiyini bildirmişlər. Sadəcə olaraq Saarbrücken və Düsseldorfda müəllim kimi çalışmışdır. 1908-ci ildən 1911-ci ilə qədər Hamburqda bir gimnaziyada Alman tarixi, riyaziyyat kimi fənlərdən dərs keçmişdir.
1911-ci ildə, anasının ölümündən sonra Münhenə köçür və burada 1936-cı ilə kimi, ömrünün sonuna qədər yaşayır. Tək-tənha alim, öz əmlakı ilə birlikdə çox məhdud imkanlar çərçivəsində yaşamış və tənhalıqla əhatə olunmuşdu. Heç bir şəxsi kitabı yox idi və repitor kimi çalışaraq jurnallara məqalələr yazır, beləcə əlavə gəlir əldə edirdi.
"Qərbin tənəzzülü" (The Decline of the West) kitabının birinci cildi üzərində işləyərkən ilk öncə Avropa daxilində Almaniyaya nəzər yetirmək istəyirdi, lakin sonrakı hadisələr, İkinci Mərakeş Böhranı ona dərindən təsir etdi və, beləliklə, Şpenqler tədqiqat sahəsini daha da genişləndirdi.
Şpenqler Otto Seekin "Keçmişin tənəzzülü"ndən (The Decline of Antiquity) təsirlənərək kitabın adını ona bənzətmişdir. Kitab 1914-cü ildə tamamlansa da Birinci Dünya müharibəsinin başlaması səbəbindən bir qədər təxirə salındı. Anadangəlmə ürək problemi olduğu üçün hərbi xidmətə çağrılmamışdı. Müharibə dövründə onun əmlakı bir dəyərə malik deyildi, Çünki bu okeanın o biri tayında yatırılmışdı, buna görə də Spengler bu müddət ərzində səfalət içində yaşamışdı.
1918-ci ilin yayında kitab işıq üzü gördü və böyük uğur qazandı. Almaniyanı biabırçı vəziyyətə salan Versal sülh müqaviləsinin bağlanması (1919) və 1923-cü ildə inflyasiya nəticəsində iqtisadiyyatın tənəzzülə uğraması Şpenqlerin proqnozlarını doğrultdu. Kitab almanların iflasını dünya tarixindəki proseslərdə rolunu səmərələşdirdiyinə görə onları bir qədər rahatlatdı. Kitab Almaniyadan xaricdə də uğur qazandı və 1919-cu ildə bir neçə dilə tərcümə olundu. Şpenqler Göttingen Universitetində fəlsəfə doktoru olmaq təkliflərini rədd edərək bildirdi ki, fikrini yazılarına yönəltmək üçün vaxta ehtiyacı var.
"Qərbin tənəzzülü" kitabı geniş şəkildə müzakirəyə səbəb oldu. Bu müzakirələrdə hətta kitabı oxumayanlar da iştirak etmişdi. Tarixçilər qeyri-peşəkar müəllifin hadisəyə bu cür elmi olmayan yanaşmasını özlərinə təhqir kimi qəbul etmişdilər. Tomas Mann (Alman yazıçısı, esseist) Şpenqlerin kitabını ilk dəfə oxuyarkən bunu Artur Şopenhauer Şopenhauerin əsəri olduğunu zənn etmişdi. Akademiklər kitab haqqında qarışıq fikirdə idilər. Maks Veber (Almaniya sosioloqu, tarixçisi) Şpenqleri bacarıqlı, bilikli həvəskar adlandırsa da Karl Popper (Avstriya filosofu, sosioloqu, "Açıq Cəmiyyət və Onun Düşmənləri" əsərinin müəllifi) isə bu nəzəriyyəni mənasız bir şey adlandırmışdı
Qədim dünya tarixçisi Edvard Meyer Şpenqlerlə bağlı tənqidi fikirləri olsa da onun haqqında yüksək fikirdə idi. Spenglerin naməlumluq, duyğulara və mistisizmə əsaslanan fikirləri tarixdə heç bir mənanın olmadığını bildirən Pozitivizm və Neo Kantçılıq üçün əlverlişli idi. Tənqidçi və estetikaçı qraf Harri Kessler Şpenqleri, xüsusilə də Fridrix Nitsşe və Lüdviq Vitgenşteynlə bağlı fikirlərinə görə onu şablon, axmaq, mənasız adlandırmışdı. Amma Spenglerin mədəniyyətlə bağlı pessimist fikirlərinə şərik idi. Şpenqlerin əsəri ictimai silsilə nəzəriyyəsinin yaranmasında mühüm rol oynamışdır. (Qeyd : bu nəzəriyyəyə görə cəmiyyətdə baş verən hadisələr və tarix silsilə şəklində dövr edir.)
Avropa və Amerika sivilizasiyasının hərbi diktatorluq rejimindən sonra süqutunu qabaqcadan xəbər verməsi Spenglerin kitabının dünya ziyalıları arasında böyük uğur qazanmasına kömək etdi. Kitab Birinci Dünya müharibəsinin sonlarına yaxın Avropada pessimizmin genişlənməsinə səbəb oldu. Almaniyalı Kantçı filosof belə izah etmişdir ki, Birinci Dünya müharibəsinin sonlarına yaxın onun bir adı bəs idi ki, bütün fantaziyaları hərəkətə gətirsin. Bu zaman bizlərdən bir neçə adam anlamağa başladı ki, yüksək dəyər verdiyimiz Qərb sivilzasiyası korlanmışdır. Spenglerin kitabı bu çətin vəziyyəti kəskin və kobud şəkildə təsvir etmişdir. Northtrop Frye (kanadalı ədəbi tənqidçi) belə əsaslandırırdı ki, Spenglerin nəzəriyyəsinin hər bir elementi dəfələrlə rədd edilsə də bu dünyadakı ən böyük romantik poemalardan biridir və onun aparıcı ideyasını bu təşkil edir : "nə qədər ki bizim dünyagörüşümüzün bir hissəsi bu gün elektron və ya dinozavr kimidirsə bu mənada bizim hər birimiz Spenglerlərik"
Spenglerin Qərbin qaçılmaz tənəzzülü ilə bağlı pessimist proqnozları Üçüncü Dünya ziyalılarının Çindən qaçaraq Koreya və Çiliyə gəlməsinə, Qərb imperializminin tənəzzülünün səbəbini araşdırmağa sövq etmişdir. Buna baxmayaraq Amerikada və Britaniyada Spenglerin pessimizmi 1940-cı ildə dünya tarixini doqmatikcəsinə yazan Arnold J. Toynbee-nin optimizmi ilə ziddiyyət təşkil elədi.
Spenglerin "Qərbin tənəzzülü" adlı ktabının birinci cildi Almaniyada çıxanda minlərlə tirajla satıldı. İnkişaf etməkdə olan Avropada Spenglerin kitabı artıq çox məşhurlaşmağa, müzakirə mövzusu olmağa başlamışdı. "Spenglerizm" adlı cərəyan yarandı və buna saysız-hesabsız ardıcıllar qoşuldu. Spengleri oxumaq, ona rəğbət göstərmək və yaxud etiraz etmək artıq zəruri bir hala çevrilmişdi. Və bu hal hələ də qalmaqdadır.
1922-ci ildə çap olunmuş ikinci cilddə Spengler vurğulayırdı ki, Alman sosializmi Marksizmdən fərqlənir və bu sosializm Almaniya mühafizəkarlığına uyğundur. 1924-cü ildə baş verən sosial-iqtisadi tərəqqi və inflyasiyanı izləyən Spengler artıq yazılarına siyasi mövzular da qatmağa başladı və bununla da Reichswehr-in (Almaniya silahlı quvvələri) generalı Hans Von Seeckti ölkənin başçısı etmək istəyirdi. Bu cəhd uğursuzluqla nəticələndi və Spengler praktik siyasətin faydasız bir şey olduğunu sübuta yetirdi.
1931-ci ildə Spengler "İnsanlar və Texnikalar" (Man and Technics) adlı kitabını çap etdirdi. Bu kitabda o, texnologiyanın və sənayeçiliyin mədəniyyətə zərər vuracağını bildirmişdi. Texnologiyanın və sənayeçiliyin tənqidi məsələsinə yer ayrılmış kitabda əsas ideya odur ki, Qərb dünyasının əldə etdiyi böyük nailiyyətlərinin bir çoxu Misir piramidaları və ya Roma hamamları kimi tezliklə nəvə-nəticələrimiz üçün möcüzəvi bir şey olacaq. Spenglerin fikrincə mədəniyyətmiz materializm, iqtisadi rəqabət və müharibə yolu ilə məhv olacaq. O, xüsusilə qeyd edirdi ki, Qərb texnologiyası irqi fərqlərin yaranmasına və nəticədə də bu yaratmış olduğu silahların özünə qarşı çevrilməsinə səbəb olacaqdır. Kitabda Spenglerin məşhur sitatı, "Optimizm qorxaqlıqdır" vardır.
1932-ci ildə keçirilən seçkilərdə Adolf Hitlerə səs verməsinə baxmayaraq Spengler onun amansız biri olduğunun şahidi oldu. 1933-cü ildə o, Hilterlə görüşdü və təsirsiz keçən uzun müzakirələrdən sonra Hitlerə dedi ki, Almaniyanın dramatik qəhrəmana deyil, real qəhrəmana ehtiyacı var. Spengler Alfred Rosenberg (Alman siyasi xadimi və Nasizm ideologiyasının əsas ardıcıllarından biri) ilə açıq-aşkar çəkişirdilər və onun diktator haqqındakı pessimist fikirləri ictamiyyət arasında səssizliyə və təcridolunmaya gətirib çıxardı. Jozef Qobbelsin (Almaniyada Xalqı Maarifləndirmə və Təbliğat naziri olmuşdur, rejimin qabaqcıllarından idi) Spenglerə ictimaiyyət qarşısında nitq söyləməsi təkliflərindən imtina etmişdir. Bununla belə, Spengler həmin dövr ərzində Alman Akademiyasının bir üzvü idi.
1934-cü ildə çap olunmuş "Qərar Saatı" kitabı bestsellerə çevrilsə də sonradan Nasizmi tənqid etdiyinə görə Nasistlər tərəfindən qadağan edilmişdi. Spenglerin liberalizmlə bağlı tənqidləri Nasistləri qane etsə də, Spengler Almanların bioloji ideologiya və Antisemitizmi (İudaizm dininə, yəhudi mədəniyyətinə və ya millətinə qarşı düşmənçilik) ilə razı deyildi. İrqi mistisizm onun dünyasında əsas rol oynamasına baxmayaraq, Spengler həmişə Nasist professor və başqalarının yaratdığı, elmi məntiqə uyğun olmayan irqi nəzəriyyələri barədə açıq tənqidi fikirlərini söyləmişdir və heç bir zaman Hitlerin yüksələn hakimiyyətindən qorxaraq fikirlərindən dönməmişdir. Spenglerin özü nasionalist olsa da Nasistləri dardüşüncəli və onların digər insanlara qarşı apardığı müharibənin heç də qərbyönümlü olmadığını hesab edirdi. Kitab həmçinin Qərb sivilzasiyasının dağılma təhlükəsini yaradacaq müharibənin baş verəcəyini də xəbərdar edirdi və kitab Almaniyada qadağan olunmamışdan əvvəl Almaniyadan xaricdə kütləvi şəkildə yayılmışdı. "Time" jurnalı "Qərar saatı" kitabının beynəlmiləl şəkildə populyarlıq qazanmasını mübahisəyə səbəb olacağını vurğulamış və "Osvald Spengler danışarkən Qərb dünyasının adamları qulaqlarını tıxayırlar" demişdi. Jurnal "təsirli yazıları oxumağı sevənlər" və "Spenglerin şiddətli aforizmləri sayəsində yanlış yoldan dönəcək olanlar" və onun pessimist proqnozlarını sevənlər üçün bu kitabı məsləhət görmüşdür.
Spengler son illərini Munixdə Bethovenə qulaq asaraq, Molyer və Şekspiri oxuyaraq, minlərlə kitab alaraq və qədim Türk, Fars və Hindu silahlarının kolleksiyasını toplayaraq keçirmişdir. 1936-cı ildə (ölümündən qısa müddət əvvəl) Reichsleiter (Nasist partiyasında ən yüksək siyasi rütbə) Hans Franka yazdığı məktubda belə demişdi: "Alman rexyi 10 ildən artıq yaşamayacaqdır." 1936-cı ildə mayın 8-də, 56 yaşı tamam olan günü və 3-cü reyxin dağılmasından 9 il əvvəl ürək ağrısından dünyasını dəyişdi.
Osvald Spenglerin bir çox insanlara təsirləri olmuşdur: