Otit | |
---|---|
| |
XBT-10 | H , H , H , H , H |
XBT-9 | 380.10 |
DiseasesDB | 29620 |
MedlinePlus | 001336 |
MeSH | D010031 |
Otit (q.yun. οὖς, ὠτός) — qulaqda iltihablı proses kimi yayılan qulaq, burun, boğaz xəstəliyi. Patoloji prosesin lokalizasiyasından asılı olaraq (xarici, orta və ya daxili qulağın strukturlarında) aşağıdakılarla fərqlənir:
Otit xəstəliyi hər yaşda, xüsusən də uşaqlarda baş verə bilən xəstəlikdir. Ən çox yayılan orta qulağın iltihab xəstəliyidir. 3 yaşa qədər uşaqların 80%-də ən azı bir dəfə otit xəstəliyi müşahidə olunub.
Xarici otit — orta qulaq kanalının iltihabı — məhdud və ya diffuz ola bilər. Xarici qulağın məhdud iltihabı tez-tez furunkulyozla təmsil olunur. Xarici eşitmə kanalının diffuz iltihabı əsasən xroniki irinli otitdə, müxtəlif bakteriyaların dəriyə və dərialtı təbəqəyə nüfuz etməsi, həmçinin göbələk infeksiyası ilə müşahidə olunur. İltihabı proses hərdən qulaq pərdəsinə qədər yayılır.
Orta otit — orta qulağın iltihabıdır.
İnkişaf sürətinə və müddətinə görə orta otit bölünür:
Yaranan iltihablı eksudatın təbiətindən asılı olaraq otit aşağıdakılara bölünür:
Orta otitin ən çox yayılan törədiciləri kokklardır, o cümlədən pnevmokoklar, stafilokoklar, hemofil çubuqları, eləcə də digər patogen və fürsətçi bakteriyalar (moraksella, asinetobacteria, klebsiella, Pseudomonas aeruginosa sinfinə aid olanlar).
Bakterial patogenlərin daxil olma mexanizmi bu səbəblərə görə olur: öskürərkən, asqırarkən, burunu çəkərkən, bakteriyalar eşitmə borusu vasitəsilə orta qulağa (boru yolu boyunca) daxil olur. Hərdən infeksiya orta qulağa hematogen yolla, istisna hallarda isə zədələnmiş qulaq pərdəsi vasitəsilə daxil olur.
Yoluxucu xəstəliklər zamanı orta qulağın iltihabı nadir hallarda birinci dərəcəli, daha tez-tez yuxarı tənəffüs yollarında iltihab prosesinin ağırlaşması və ya yoluxucu xəstəliyin özünün ağırlaşması nəticəsində olur. Xəstəlik kəskin kataral otit, eustaxit və ya irinli orta otit kimi davam edir. Orta otit həm bakterial, həm də viruslu (məsələn, qızılca, qrip) olur. Xəstələr adətən qulaq ağrısından şikayət edirlər. Müayinə zamanı orta qulağın iltihabı, irəliləmiş hallarda isə irinləmə əlamətləri aşkar edilir.
Qripli otit ağır intoksikasiya ilə, qulaq pərdəsində qanaxma və qulaqdan iltihablı axıntı ilə xarakterizə olunur. Skarlatin xəstəliyi zamanı otit qulaqda şiddətli ağrı, yüksək hərarət və bol irinlə xarakterizə olunur.
Orta qulağın kəskin iltihabı bədənin xəstəliyinin əlamətidir. Orta qulağın iltihabı ətrafdakı toxumalara — xarici qulağın dərisi, mastoid prosesi, qulaqaltı vəzə kimi yayıla bilər.
Adətən, müxtəlif yoluxucu xəstəliklər zamanı orta otit eşitmə itkisinə səbəb olmur. İstisna halları bəzən olur — orta qulağın morfofunksional strukturlarının məhv edilməsi baş verdikdə.
Kəskin orta otit 5 mərhələyə bölünür:
Qulaq ağrısı, qulaq kanalından irinli axıntı və qızdırma kəskin irinli otitin simptomlarıdır. Bu halda Temperaturun artması müşahidə olunur, irin qulaqdan çıxmağa başlayır. Axıntılar bitdikdən sonra xəstənin vəziyyəti yaxşılaşır, ağrılar azalır. Bu, adətən sağalmaya gətirib çıxarır, lakin bəzən irin çıxış yolu tapmır və infeksiya kəllə boşluğuna yayılır. Bu da meningitin və beyin absesinin yaranmasına səbəb ola bilər.
Qırtlaq və ağız boşluğuna çatan və faringolaringial reflukslər adlanan patoloji "yüksək" qastro-ezofagial reflükslərdə mədənin içi qırtlağa qədər çatır və müxtəlif otorinolarinqoloji xəstəliklərə səbəb ola bilər. Qastro-ezofageal reflyuks ilə əlaqəli olan xroniki otit adətən standart müalicə olunmur. Onun diaqnozu üçün yemək borusu və qırtlağın pH-metriyasından istifadə edilən faringolaringeal reflükslərin mövcudluğunu və tezliyini müəyyən etmək vacibdir[4].
Əgər qulaq ağrısı iki gün davam edirsə dərhal həkimə müraciət etmək lazımdır. Otiti qeyri-ənənəvi üsullarla müalicə etmək xəstəliyin ağırlaşmasına gətirə bilər. Ona görə müalicə yalnız həkim icazəsi ilə aparılmalıdır.
Terapiya zamanı xəstənin fərdi xüsusiyyətləri, iltihab reaksiyasının şiddət dərəcəsi, prosesin mərhələsi, müşayiət olunan patologiya və bədənin həssaslıq dərəcəsi nəzərə alınmalıdır.
Xarici otitin ilkin müalicəsi analjeziklərin köməyi ilə qulaqda ağrıların aradan qaldırılmasıdır. Sonra iltihabın səbəbini aradan qaldırmaq üçün həkim qulaq damcıları təyin edir, adətən bunlar göbələkəleyhinə və antibakterial preparatlardır[5].
Furunkul yarandığı zaman onu yarırlar[5].
Viruslu xarici otit nadir hallarda rast gəlir ona herpes virusları (adi herpes və ya suçiçəyi) səbəb olur və müvafiq müalicə edilir[5].
Otomikoz (qulaq kanalının göbələk infeksiyası) şəklində xroniki xarici otitin müalicəsi hər hansı bir göbələk infeksiyası kimi çətindir. Onun qarşısını almaq müalicə etməkdən daha asandır: çimdikdən sonra qulaq keçidlərini qurutmaq və pambıq çubuqlar və buna bənzər əşyalardan səliqəli istifadə etmək kifayətdir[5].
Müalicə effektiv olmadıqda, xarici eşitmə kanalından yaxma götürülür, yoluxucu agenti müəyyən etmək üçün mikroflora təhlil edilir və xüsusi müalicə təyin olunur[5].
Əksər hallarda simptomlar müalicəyə başladıqdan sonra 48–72 saat ərzində yaxşılaşır və tam sağalma iki həftəyə qədər çəkə bilər[5].
Orta otit zamanı ilk növbədə ağrı sindromu dayandırılır — həkim anagetiklər təyin edir[5]. Qulaq pərdəsi zədələnməyib və bütövdürsə (perforasiya yoxdur), onda həkim tərəfindən təyin olunan müalicə ağrıkəsicilərlə, qulaq damcıları ilə kifayətlənə bilər, çünki əksər hallarda kəskin orta otitə virus infeksiyası (ARVI) səbəb olur və sağalma əlavə müalicə olmadan baş verir[5].
Bakterial xarakterli kəskin orta otit halında həkim yüksək dozada birinci nəsil antibiotiklər təyin edir (ampisilin, amoksisillin, flemoxin və s.). Antibiotik müalicəsi kursu 10 günə qədər davam edir. Orta otit zamanı antibiotikin minimum kursu 7 gündür, daha qısa müddətli müalicə bakteriyanın antibiotiklərə qarşı müqavimətini yarada bilər[5].
Kəskin orta otitin səbəbi həkimin şübhəsi ilə və ya analiz nəticəsində, bakteriyanın davamlı ştammıdırsa, həkim penisilin-klavulanatlardan ikinci nəsil antibiotiklər təyin edir (amoksiklav, augmentin, flemoklav və b.)[5].
Xəstənin penisilin antibiotiklərinə qarşı allergiyası varsa, ikinci və ya üçüncü nəsil sefalosporinlərlə (sefuroksim, sefdinir, sefpodoksim, …) müalicəyə başlamaq tövsiyə olunur[5].
Makrolidlərlə (eritromisin, azitromisin və b.) müalicə effektiv deyil[5].
Antihistaminlər kəskin orta otit zamanı təsirli deyil[5].
Burun mukozasının fəaliyyətini qorumaq və şişkinliyini azaltmaq üçün həkim kortikosteroidlərə (nasonex, avamys, nazarel və b.) inhalyasiya spreyi təyin edə bilər. Hormon-kortikosteroid burun spreyləri qana nüfuz edilmir və asılılıq yaratmır[5].
Qastroezofagial reflüks ilə əlaqəli xroniki sekretor orta otitin müalicəsi üçün digər tibbi prosedurlara əlavə olaraq antireflüks terapiyası aparılır[6]
Qulaq xəstəlikləri üçün "xalq təbabəti" üsullarından istifadə etmək tövsiyə edilmir. Xüsusilə, aloe yarpaqlarını və digər bitkiləri tətbiq etmək mənasızdır və fəsadlarla doludur[5].
Qulaq şamları otit üçün istifadə edilməməlidir, çünki onların effektivliyinə dair heç bir sübut yoxdur[5].
Heç bir halda, özünü müalicə edilməməlidir. Qulaq kanalının dərisinə zərər verməmək üçün pambıq turundaları dərmanla qulağa təkbaşına daxil etmək olmaz, bunu həkim etməlidir[5].