Otto Liliental

Otto Liliental
alm. Otto Lilienthal
Doğum adı Karl Wilhelm Otto Lilienthal
Doğum tarixi
Doğum yeri Anklam
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri Berlin
Vəfat səbəbi aviasiya qəzası[d]
Dəfn yeri
Elm sahəsi aerokosmik mühəndislik
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl-Vilhelm Otto Liliental (23 may 1848, Anklam10 avqust 1896, Berlin) — alman mühəndisi, aviasiya sahəsinin pionerlərindən olmuş, ilk dəfə olaraq quşların uçma mexanizmini izah etmişdir.

Tərcümeyi halı

[redaktə | mənbəni redaktə et]
Otto Liliental uçuşa hazırlaşır
Оtto Liliental uçuş zamanı

Otto Liliental 23 may 1848-ci ildə Almaniyanın Pomeran əyalətinin Anklam şəhərində anadan olmuşdur. Alman mühəndisi və təyyarəçi sınaqçı kimi o 11-ə yaxın uçuş apparatı düzəldib sınaqdan keçirmişdir. Quşların qanad çalmasının elmi əsaslandırılması aviasiya elminin əsasını qoymuşdur. Bir çox başqa pionerlər kimi Liliental bir başa uçmağa cəhd etməmiş, uzin müddət üçüş zamanı ağırlıq mərkəzini təyin etməklə məşğul olmuşdur. Birinci uçuşunu sadəcə olaraq ayaqlarını bir-birinə sıxmaqla yerinə yetirir. Onun fikrincə uçuş zamanı əsası havanın dəyişməsini hiss edib reaksiya verməkdən ibarətdir. Bu təcrübəni isə bir sıra sınaqlar vasitəsilə qazanmaq olar. İlk dəfə olaraq o biplanı hazırlayır.

1866-cı ildə Otto Şvarçkopf (alm. Schvarzkopf) maşınqayırma firmasında praktikant kimi işə başlayır və tezliklə konstruktor şöbəsində çalışmaq üçün dəvət alır. 1870-ci ilin yayında Otto "şahlıq peşə akademiyası"nda təhsilini başa vurur və sonra fransız-prussiya müharibəsinə çağırılır.

1881-ci ilin payızında Berlində o öz firmasını açır və istilik sistemləri üçün qazanların hazırlanması ilə məşğul olur. Buradan gələn gəlir əsasında firma böyüyərək nəhəng zavoda çevrilir. O bu zavodda uçuş apparatlarını tədqiq etmək üçün xüsusi yer ayırır. 1896-cı il 10 avqust tarixində Otto Liliental Berlində uçuş zamanı həlak olur. Onun playneri havanın qəfildən dəyişməsi nəticəsində idarəsini itirir və aşağı düşür. Ottonun onurğa sümüyü sınır. Az sonra o vəfat edir. Lilientalın apardığı təcrübələrin bazasında sonralar müasir təyyarələrin prototipləri hazırlanır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]