Otto Liman fon Sanders | |
---|---|
alm. Otto Liman von Sanders | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Slupsk, Prussiya krallığı |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Münxen, Bavariya, Veymar Respublikası |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Almaniya imperiyası |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə |
1-ci Ordu 5-ci Ordu İldırım Ordular qrupu |
Xidmət illəri | 1874-1918 |
Rütbəsi | General |
Döyüşlər | |
Təltifləri | (10 yanvar 1916) |
Vikianbarda əlaqəli mediafayllar |
Otto Liman fon Sanders (alm. Otto Liman von Sanders; 17 fevral 1855 - 22 avqust 1929) — Birinci dünya müharibəsi ərzində Osmanlı ordusunda məsləhətçi və hərbi komandan olaraq xidmət etmiş alman general. 1918-ci ildə Sinay və Fələstin cəbhəsində gedən döyüş əməliyyatlarında Osmanlı ordusuna rəhbərlik etmişdir.[1]
Liman fon Sanders Prussiya krallığının Pomeraniya bölgəsində yerləşən Stolp (indiki Slupsk) şəhərində anadan olmuşdur. O, 1874-cü ildə Alman ordusuna qoşulmuş və general rütbəsinə qədər yüksəlmişdir. 1913-cü ildə digər bir sıra prussiyalı generallar kimi o da Osmanlı ordusunda xidmət etməyə başlamışdır. 1915-ci ildə Gelibolu və Çanaqqala boğazlarını müdafiə edən 5-ci Ordu komandanlığına təyin olunmuşdur. Bu vəzifədə olarkən göstərdiyi xidmətlərə görə Müşir rütbəsinə yüksəlmişdir.
1918-ci ildə general Erix fon Falkenhaymın yerinə Sinay və Fələstin cəbhəsində döyüşən İldırım Ordular qrupuna komandan təyin olunmuşdur.
Müharibə başa çatdıqdan sonra müharibə cinayətləri işlədiyi iddiası ilə 1919-cu ilin fevralında Maltada həbs olunur. Həbs olunduqdan altı ay sonra azad olunur və elə həmin il Almaniya ordusundan ayrılır.
1927-ci ildə müharibə ərzində və öncəsində öz təcrübələri haqqında Maltada həbsdə olarkən yazdığı kitabını nəşr etdirir. 22 avqust 1929-cu ildə Münhen şəhərində vəfat etmişdir. Darmştat şəhərində, həyat yoldaşı Amelie fon Sandersin yanında dəfn olunmuşdur.