Otöy istixanalar bağı | |
---|---|
48°50′49″ şm. e. 2°15′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1897 |
Vikianbarda əlaqəli mediafayllar |
Otöy istixanalar bağı (fr. Jardin des Serres d'Auteuil Fransızca tələffüz: [ʒaʁdɛ̃ de sɛʁ dotœj]) — Paris şəhərinin Otöy məhəlləsindəki Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır.
Bağın yerləşdiyi ərazi ilk olaraq 1761-ci ildə XV Lüdovikin hakimiyəti altında botanika bağı kimi fəaliyyət göstərmişdir. Bu günkü bağ 1895–1898-ci ildə memar Kamil Formij tərəfindən dizayn edilmişdir. 1998-ci ildə bağ Parisin botanika bağının bir hissəsi oldu.
Bağda endemik bitkilərin qiymətli kolleksiyası qorunub saxlanılır. Hal-hazırda Otöy istixanalar bağında bələdiyyə binalarının iç dekorasiyası üçün ildə 100.000 bitki istehsal edilir.