Ouqen Fişer

Ouqen Fişer
alm. Eugen Fischer
Doğum tarixi 5 iyul 1874(1874-07-05)[1][2]
Doğum yeri
Vəfat tarixi 9 iyul 1967(1967-07-09)[3][4][…] (93 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eugen Fischer (5 iyul 1874[1][2], Karlsrue[1]9 iyul 1967[3][4][…], Frayburq-im-Braysqau[1]) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur.

Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir.

Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu.

1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi.

1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi.

1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi. Fişer 1942-ci ildə universitetdən təqaüdə çıxdı. Otmar Freiherr von Verschuer Fişerin tələbəsi idi.[6][7]

Üçüncü Reyxin soyqırım proqramındakı rolunu ağartdığı güman edilən xatirələrini müharibədən sonra tamamlamışdır. 1967-ci ildə vəfat etmişdir.

İlkin vaxtlardakı əsərləri

[redaktə | mənbəni redaktə et]

1906-cı ildə Fişer Almaniya Cənub-Qərbi Afrikasında (indiki Namibiya) çöl tədqiqatları aparmışdır. O Basterləri, həmin ərazidə yerli qadınların (Hottentotlar) uşaqları olan alman və ya Boer kişilərinin övladlarını tədqiq etmişdir. Onun tədqiqatları “qarışıq nikah”ın qadağası və “qarışıq irq”in qarşısının alınması çağırışı ilə yekunlaşıb. Buraya Herero və Namakva xalqları arasında qeyri-etik tibbi təcrübələr daxildir. Qarışıq evliliklərin, hazırkı Mischling nəsillərinin Almaniya üçün faydalı ola biləcəyini iddia edərkən, onların çoxalmağa davam etməməsini təklif etmişdir. Onun tövsiyələrinə əməl edildi və 1912-ci ildə Alman koloniyaları arasında irqlərarası nikah qadağan edildi. Nasist Almaniyasında yəhudilərlə apardığı təcrübələrin xəbərçisi kimi o, qismən Herero və Namaka Soyqırımı zamanı Namibiyada Afrika müharibə əsirləri üzərində aparılan tibbi təcrübələr sayəsində işi üçün sümüklər və kəllələr əldə etmişdir.

Bu əsərdə onun irqi təmizliyin mühafizəsi ilə bağlı ifadələri gələcək Alman irqi qanunvericiliyinə, o cümlədən Nürnberq qanunlarına təsir göstərmişdir.

1927-ci ildə Fişer İsveçrənin Cenevrə şəhərində keçirilən Ümumdünya Əhali Konfransında məruzəçi kimi iştirak etmişdir.

Nasist Almaniyası

[redaktə | mənbəni redaktə et]

1937-1938-ci illərdə Fişer və həmkarları Nasist Almaniyasında Birinci Dünya Müharibəsindən sonra Almaniyanın qərb hissələrini işğal etmiş Franko-Afrika əsgərlərindən olan 600 uşağı təhlil etdilər; daha sonra uşaqlar sterilizasiya edildi.

Fişer 1940-cı ilə qədər rəsmi olaraq Nasist Partiyasına qoşulmadı. Halbuki o, əvvəllər Nasional Sosialistlər arasında nüfuz sahibi idi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən onun “İnsan irsiyyətinin və irq gigiyenasının prinsipləri” adlı ikicildlik əsərini (ilk dəfə 1921-ci ildə nəşr olunmuş və Ervin Baur və Fritz Lenz ilə birgə yazılmışdır) oxumuş və onun ideyalarından “Mein Kampf” kitabında istifadə etmişdir.

Nasist rejimi altında Fişer irqi mənşəyi müəyyən etmək üçün istifadə edilən fizioloji xüsusiyyətləri inkişaf etdirdi və Fişer-Saller şkalası hazırladı. O, komandası ilə birlikdə qaraçılar və afrikalı almanlar üzərində təcrübələr apararaq, onların qanını götürərək və kəllə sümüyünü ölçməklə nəzəriyyələrinə elmi əsaslar tapdı.

Fişer tərəfindən götürülmüş Namibiya kəllələrinin geri qaytarılması səyləri 2011-ci ildə Freiburg Universiteti tərəfindən başladılıb və 2014-cü ilin martında kəllələrin Namibiyaya qaytarılması ilə başa çatmışdır.

1944-cü ildə Fişer, dostu Martin Heideggerin Volkssturm milislərində xidmətdən çıxarılmaması üçün müdaxilə etmişdir. Ancaq Fişerin məktubu gələndə Haydegger xidmətdən uzaqlaşdırılmışdı.

  1. 1 2 3 4 5 6 7 8 Deutsche Nationalbibliothek Record #118691171 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Eugen Fischer // SNAC (ing.). 2010.
  3. 1 2 Eugen Fischer // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Bibliothèque nationale de France Eugen Fischer // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 Колчинский Э. И. Полузабытая «эталонная» «книга трёх мужчин» (к 95-летию публикации «Основы учения о наследственности человека и расовой гигиене»), The Half-Forgotten Standard Book of Three Men (On the 95th anniversary of the publication of the “Foundations of Human Hereditary Teaching and Racial Hygiene”) (rus.). // Историко-биологические исследования 2016. Т. 8, вып. 3. С. 43–53. ISSN 2076-8176; 2500-1221