Ouşenin 8 rəfiqəsi | |
---|---|
ing. Ocean's 8 | |
| |
Janr | komediya filmi[2], soyğun filmi, cinayət filmi[2], döyüş filmi[2], triller filmi[2] |
Rejissor |
|
Prodüserlər | |
Ssenari müəllifləri | |
Baş rollarda |
|
Operator |
|
Bəstəkar |
|
Geyim rəssamı | Sara Eduards[d] |
Montajçı | Cülyetta Velflinq[d] |
İstehsalçılar | Warner Bros., Village Roadshow Pictures[d] |
Distribütor | Warner Bros., InterCom[d][5], Netflix, Microsoft Store |
İlk baxış tarixi |
5 iyun 2018 (qala gecəsi) |
Müddət | 110 dəq. |
Büdcə | 70 milyon $[1] |
Gəlir | 297,8 milyon $[1] |
Ölkə | |
Dil | ingilis dili |
Əvvəlki film | Ouşenin on üç dostu[d] |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York |
IMDb | ID5164214 |
Vikianbarda əlaqəli mediafayllar |
Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ing. Ocean's 8) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir.
"Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı.
"Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.
Mərhum Denni Ouşenin kiçik bacısı, yenicə azad edilmiş Debbi Ouşen keçmiş cinayət ortağı Lounu yeni soyğunda ona qoşulmasını istəyir. Onlar birlikdə komanda qururlar: IRS-ə (ABŞ vegi xidməti) borcu olan iflas etmiş Roz Veyl; anasının evindən köçmək istəyən zərgər Amita; təhlükəsizlik hakeri Nin Boll; küçə fırıldaqçısı və cibgir Konstans və oğurlanmış malları evində saxlayan Tammi.
Debbi qarşıdan gələn "Met Gala" mərasimində 150 milyon dollarlıq Cartier istehsalı Toussaint boyunbağısını oğurlamağı planlaşdırır, film ulduzu Dafne Klacer özü də bilmədən bu işə qoşulur.
Filmdə Anna Vintur, Zeyn Malik, Keti Holms, Mariya Şarapova, Serena Vilyams, Kim Kardaşyan, Common, Adriana Lima, Desiigner, Kayli Cenner, Aleskdanr Van, Lü Ven, Kendal Cenner, İra Qlass, Gigi Hadid, Lili Oldric, Oliviya Mann, Ceymi Kinq, Zek Pozen, Heyli Biber, Derek Blasberq, Sofiya Riçi, Heidi Klum, Kelli Rohrbak, Lauren Santo Dominqo və Reyni Kualli özləri olaraq cameo rollarda yer alıblar.[8][9]
Mett Deymon və Karl Rayner də öz rolları olan Linus Kaldvell və Saul Blumu canlandıracaqlardı, amma onların səhnələri kəsildi.[10][11]
Mükafat | Tarix | Kateqoriya | Alıcı(lar) | Nəticə |
---|---|---|---|---|
Teen Choice Awards[12] | 12 avqust 2018 | Seçilən yay filmi | Ouşenin 8 rəfiqəsi | Namizəd |
Seçilən yay filmi ulduzu: Qadın | Sandra Ballok | Namizəd | ||
People's Choice Awards[13] | 11 noyabr 2018 | 2018-ci ilin döyüş filmi | Ouşenin 8 rəfiqəsi | Namizəd |
Qadın film ulduzu | Sandra Ballok | Namizəd | ||
Enn Heteuey | Namizəd |