Owl Pharaoh | ||||
---|---|---|---|---|
Trevis Skott tərəfindən ifa olunmuş studiya albomu | ||||
Yayımlanma tarixi | 21 may 2013 | |||
Janr | hip-hop[d] | |||
Müddət | 51:34 | |||
Dil | ingilis dili | |||
Prodüser |
|
|||
Trevis Skott albomlarının xronologiyası | ||||
|
Owl Pharaoh — amerikalı repçi Trevis Skottun buraxdığı ilk miksteyp. 21 May 2013-cü ildə Grand Hustle Records və Epic Records tərəfindən pulsuz olaraq yayımlanmışdır. Miksteypdə 2 Chainz, T.I., Wale, Toro y Moi, A$AP Ferg, Theophilus London, Paul Wall, James Fauntleroy və Meek Mill-in ifaları yer alıb.
2011-ci ildə Trevis "Owl Pharaoh"-u 11 əsas, 2 əlavə mahnı ilə təqdim etdi. Bu versiyaya "Lights (Love Sick)", "Analogue" və "That B!tch Crazy" kimi mahnıları daxil etmək lazım idi. Ancaq bu, Skott-un çox məşhur reperlər və səs prodüserləri olan T.I. və Kanye Vest tərəfindən kəşf edilməsindən əvvəl idi. İkisi ilə birlikdə işlədikdən və layihəni yenidən qurduqdan sonra Skott "Owl Pharaoh"-un GOOD Music-in Cruel Summer (2012) mahnısı ilə eyni ay yayımlanacağını açıqladı. Ancaq o mahnı yayımlanmadı. Skott daha sonra yenidən layihə üzərində işlədi və 22 fevral 2013-cü ili yeni bir tarix kimi təyin etmişdir. Lakin layihə yenə də yayımlanmadı. Skott-un adı XXL Magazine-nin Freshman Class of 2013-lə hallandığı üçün o açıqladı ki, "Owl Pharaoh"-u tezliklə iTunes-da yayımlayacağını elan etdi. O bildirdi ki, bu tarixdən əvvəl də mixtape-i pulsuz olaraq yayımlaya bilər. Skott mixtape-in hazırlanması üçün Kanye Vest, T.I., 2 Chainz, Justin Vernon, Vale, Kammon, Toro y Moi ve Gunplay kimi sənətçilərlə əməkdaşlıq etdi. MTV Trevis-in Mayın 21-də EP-ni yayımlayacağını və iTunes buraxılışının ləğv olunacağını bildirdi.
Mixtape-də təqdimat zamanı yayımlanan ilk mahnı Yamaykanın rəqs mərkəzini səsləndirən sənətçi Popcaan-ın yer aldığı "Blocka La Flame" idi. 14 dekabr 2012-ci ildə buraxıldı. Layihə Young Chop, Mike Dean ve Skott-un özü tərəfindən hazırlandı. Mixtape-dəki 2-ci mahnı repçi Vale-nin yer aldığı "Quintana" idi. 22 Mart 2013-də yayımlandı. Prodüserliyi Sak Pase, Anthony Kilhoffer ve Skott özü etdi.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Meadow Creek" | 1:48 |
2. | "Bad Mood / Shit on You" | 5:18 |
3. | "Upper Echelon" (featuring T.I. and 2 Chainz) | 4:02 |
4. | "Chaz Interlude" (featuring Toro y Moi) | 1:40 |
5. | "Uptown" (featuring A$AP Ferg) | 4:29 |
6. | "Hell of a Night" | 3:14 |
7. | "Blocka La Flame" | 3:38 |
8. | "Naked" | 1:40 |
9. | "Dance on the Moon" (featuring Theophilus London and Paul Wall) | 5:14 |
10. | "MIA" | 4:22 |
11. | "Drive" (featuring James Fauntleroy) | 5:14 |
12. | "Quintana" (featuring Wale) | 5:07 |
13. | "Bandz" (featuring Meek Mill) | 4:31 |
Ümumi müddət: | Ümumi: 52:12 |