Oxtar

Tarixi Zəngəzur mahalı əraziləri
Ermənistan SSR, Qafan rayonu
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Sünik mərzi
İnzibati mərkəz Qafan
Sahəsi
  • 3,3 km²
Əhalisi 87 (2010)
Saat qurşağı
Xəritədə yeri
Oxtar xəritədə
Oxtar
Oxtar

Oxtar (erm. Օխտար) və yaxud Oxdar[1]Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd.

Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir.

Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb.

Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[2]

Kəndin toponimləri

[redaktə | mənbəni redaktə et]
  • Yel piri
  • Şərəfverdi
  • Yalzəmi
  • Midəm düzü
  • Tumuyeri
  • Sarıbayır
  • Çömçəbulaq
  • Zoğallar bulağı
  • Çanqıllı
  • Oğlannıca yaylağı və s.

Açması “dəyirman” olan tapmacanın Oxtar variantı[3]:


Atdım atana,

Düzdə kotana,
Çayda balığa,
Çöldə ceyrana.

  1. "Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. səh. 328" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
  2. "İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002". 2014-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
  3. Aybəniz Əliyeva-Kəngərli: Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu