Oçiay Naobumi | |
---|---|
yap. 落合直文 | |
![]() | |
Doğum tarixi | 16 dekabr 1861 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 dekabr 1903 (42 yaşında) |
Vəfat səbəbi | şəkərli diabet |
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı, vaka şairi |
Oçiay Naobumi (落合 直文?, 16 dekabr 1861, Motoyosi[d], Miyaqi prefekturası – 16 dekabr 1903) – Yaponiya tanka şairi və yapon ədəbiyyatının tədqiqatçısı. Haqinoya təxəllüsündən istifadə etmişdir.[1]
1861-ci ildə Yaponiyanın Rikuzen əyalətində (indiki Miyaqi prefekturası) doğulmuşdur.[1] Oçiay Naoaki tərəfindən övladlığa götürülmüşdür. Tokio Universitetində təhsil almışdır.[2]
"Asakaşa" adlı tanka şairləri qrupunu qurmuşdur. Ənənəvi vaka üslubunu müasirləşdirməklə məşğul olmuş, Yosano Tekkan və Onoe Şayşu kimi müasir tanka şairlərinə təsir göstərmişdir.[1] Onun "Sözəbaxan qız Şiraqikunun mahnısı" şeiri şintayşi poeziyasının qabaqcılı olmuşdur. Mori Oqay ilə birlikdə "Şinseyşa" vaka şairləri qrupunu yaratmışdır.[2]
Əsas əsərlərinə vaka poeziyasından bəhs edən dərslik olan "Şinsen katen" (1891), yapon dilinin tədqiqindən bəhs edən "Nihon day bunten" (1897), esse və vaka şeirlərinin kolleksiyasından ibarət olan "Haqinoya iko" (1904) daxildir.[1]