PCI (Peripheral component interconnect - periferiya komponentlərinin qarşılıqlı əlaqəsi) — periferiya qurğularının ana lövhəyə birləşdirilməsi üçün şindir.
Intel 1990-cı ildə PCI şininin hazırlanması üçün iş başlayır və 1991-ci ilin yazında PCI şininin ilk model versiyasının hazırlanmasını başa çatdırır. Mühəndislərin qarşısına 486, Pentium və Pentium Pro prosessorlarının imkanlarını yerinə yetirə bilən, bahalı olmayan və məhsuldar bir şin hazırlamaq tapşırığı qoyulmuşdu. Həmçinin VESA (Video Electronics Standart Association) tərəfindən VLB şininin hazırlanması zamanı buraxılmış səhvləri (elektrik yüklənməsinə görə şinə 3-dən artıq periferiya qurğusu qoşula bilməzdi) nəzərə almaq lazım idi, üstəlik qurğuların avtomatik konfiqurasiya olunması ideyasını yerinə yetirmək lazım idi (nümunə kimi, Amiga kompüteri üçün Autoconfig protokolu). PCI şinləri yarandığı gündən tezliklə şəbəkələrdə istifadə edilməyə başladı.[1]
1992-ci ildə PCI şininin ilk versiyası yarandı. Intel PCI şin standartını açıq elan edir və PCI Special Interest Group yaradır; istənilən mühəndis-texnoloq PCI şini üçün lisenziya əldə etmədən belə həmin şin üçün qurğu yaratmaq imkanı əldə edir. PCI şininin ilk versiyası 33 MHz takt tezliyinə malik idi, 32 və ya 64 bit ola bilərdi. PCI slota qoşulan qurğular isə 5 V və ya 3.3 V ilə işləyə bilərdi. Nəzəri cəhətdən şinin informasiyanı ötürmə sürəti 133 MB/san idi, lakin praktikada isə təxminən 80 MB/san-yə bərabər idi.[1] 1993-cü ilin ortalarında Intel kompaniyası VESA assosiasiyasından çıxır və PCI şininin dövriyyədə tanınması üçün aktiv addımlar atmağa başlayır. Usenet konfransının mütəxəssisləri və rəqabət aparan kompaniyalar tərəfindən olan tənqidlərə cavab olaraq PCI 2.0 standartı yaradıldı.[1] 1995-ci ildə PCI 2.1 versiyası yarandı (digər bir adı - "paralel PCI şini"). Artıq PCI 2.1 şini Windows 95 əməliyyat sistemi səviyyəsində dəstəklənirdi (Plug and Play texnologiyası - Daxil et və işlət). PCI şini o qədər məşhurlaşdı ki, artıq müəyyən vaxtdan sonra sonra o digər platformalara da tətbiq edildi. 1997-ci ildə kompüter qrafikasının təkmilləşdirilməsi və AGP şininin hazırlanması ilə əlaqədar artıq PCI şini videokartın quraşdırılması üçün istifadə edilmir. Hal-hazırda PCI şini PCI Express, HyperTransport və USB interfeysləri tərəfindən sıxışdırılaraq, demək olar ki dövriyyədən çıxarılıb.[1]
Orijinal buraxılış. 1992-ci ildə istehsal edilmişdir.
1993-cü ildə buraxılmışdır. Baza standartının ilk versiyasıdır. Birinci versiya standartlar əsasında yalnız 5 volt gərginlikli siqnal tələb edir. İnformasiyanın maksimal ötürülmə sürəti 133 MB/san olmuşdur.
1995-ci ildə buraxılmışdır. 3.3 Volta təyin edilmiş platalar ilə işləyirdi. Bu şin vasitəsilə informasiyanın maksimal ötürülmə sürəti 533 MB/san idi (66 MHz tezlikli və 64 bit şin üçün).
1998-ci ildə hazırlanmışdır. 66 MHz şin tezliyini dəstəkləyir. 3.3 volt siqnallama tələb edir. Ən çox çatdırılma sürəti 533 MB/san-dir.
2002-ci ildə buraxılmışdır. 5 Volta nəzərdə tutulmuş platalara uyğun deyil.
2002-ci ildə buraxılmışdır. 5 Volta nəzərdə tutulmuş platalar daha dəstəklənmir. 3.3 V ilə işləyə bilən plataları dəstəkləyir.