POP3

POP3 (Post Office Protocol Version 3 — poçt şöbəsi protokolu 3-cü variant 3) serverdən elektron poçtda yerləşən məlumatları əldə etmək üçün poçt klient (client) tərəfindən istifadə olunur. Adətən SMTP protokolu ilə birgə istifadə olunur. Bu protokolun əvvəlki POP, POP2 variantları köhnəlmişdir. POP3 protokolunun standartı RFC 1939-da müəyyən olunmuşdur. Genişlənmə və avtorizasiya üsulları RFC 2195, RFC 2449, RFC 1734, RFC 2222, RFC 3206, RFC 2595-də təyin edilmişdir. POP3 serverlərinin TLS və SSL dəstəkləməsi ilə də həyata keçirilməsi mümkündür. Poçt serverindən məlumatların götürülməsi üçün allternativ üsul kimi İMAP göstərilə bilər.

Seansın vəziyyəti

[redaktə | mənbəni redaktə et]

POP3 protokolunda 3 seans vəziyyəti nəzərdə tutulub:

Avtorizasiya

Klient autentifikasiya, sistemin istifadəçini tanımaq prosedurunu keçir.

Tranzaksiya

Klient elektron poçtun vəziyyəti haqda informasiya əldə edir, qəbul edir və pozur.

Yenilənmə

Server seçilmiş məktubları pozur və əlaqəni bağlayır.

Protokolun komandaları

[redaktə | mənbəni redaktə et]

APOP [adı] [digest]

Bu komanda serverə istifadəçinin adını və şifrəsini (digest) ötürür.

Arqument

[adı] — poçt ünvanının adını göstərən sətir.

[digest] — MD5 alqoritmi ilə hesablanmış, istifadəçinin şifrəsi əlavə olunmuş müvəqqəti nişanın həş-yekunu.

Məhdudiyyət

Dəstəklənmə mütləq deyil.

Ehtimal olunan cavablar

• +OK maildrop has n message

• -ERR password suplied for [adı] is incorrect

USER [adı]

Serverə adı təqdim edir.

Arqument

[adı] — elektron poçtun adının göstərən sətir.

Məhdudiyyət

Yoxdur.

Ehtimal olunan cavablar

• +OK name is a valid mailbox

• -ERR never heard of mailbox name

PASS [şifrə]

Serverə elektron poçtun şifrəsini təqdim edir.

Arqument

[şifrə] — elektron poçtun şifrəsi.

Məhdudiyyət

Poçt ünvanının adının düzgün göndərişindən sonra işləyir.

Ehtimal olunan cavablar

• +OK maildrop locked and ready

• -ERR invalid password

• -ERR unable to lock maildrop

DELE [məlumat]

Server, seçilmiş məlumatları pozmaq üçün işarələyir. Pozulmaq üçün işarələnmış məlumatlar əslində yalnız tranzaksiya bağlandıqdan sonra pozulur. Tranzaksiyanın bağlanması adətən QUİT komandasının göndərişindən sonra baş verir (tranzaksiyanın bağlanma müddəti serverdə təyin edilmişdir).

Arqument

[məlumat] — məlumatın nömrəsi.

Məhdudiyyət

Yalnız uğurlu identifikasiyadan sonra işləyir.

Ehtimal olunan cavablar

• +OK message deleted

• -ERR no such message

LIST [məlumat]

Əgər arqument göndərilibsə server seçilmiş məlumat haqda informasiya təqdim edir. Arqument göndərilmədiyi təqdirdə, server elektron poçtda yerləşən bütün məlumatları təqdim edir.

Arqument

[məlumat] — məlumatın nömrəsi (mütləq deyildir).

Məhdudiyyət

Yalnız uğurlu identifikasiyadan sonra işləyir.

Ehtimal olunan cavablar

• +OK scan listing follows

• -ERR no such message

NOOP

Server heçnə etmir və müsbət cavab verir.

Arqument

Yoxdur.

Məhdudiyyət

Yalnız uğurlu identifikasiyadan sonra işləyir.

Ehtimal olunan cavablar

• +OK

RETR məlumat

Server, nömrəsi göstərilmiş məlumatı ötürür.

Arqument

Məlumat – məlumatın nömrəsi

Məhdudiyyət

Yalnız uğurlu identifikasiyadan sonra işləyir.

Ehtimal olunan cavablar

• +OK message follows

• -ERR no such message

RSET

İstifadəçi, pozmaq üçün bilmədən işarələdiyi məlumatları bu komandanı göndərməklə işarələrini götürə bilər.

Arqument

Yoxdur.

Məhdudiyyət

Yalnız uğurlu identifikasiyadan sonra işləyir.

Ehtimal olunan cavablar

• +OK

STAT

Server poçtdakı məlumatların miqdarını və bu məlumatların poçtda tutduğu yerin miqdarını geri qaytarır.

Arqument

Yoxdur.

Məhdudiyyət

Yalnız uğurlu identifikasiyadan sonra işləyir.

Ehtimal olunan cavablar

• +OK a b

TOP [məlumat] [sətrilərin sayı]

Server, göstərilmiş məlumatın başlığını, boş sətir və əsas məlumatdakı göstərilmiş birinci sətirlərin sayını geri qaytarır.

Arqument

[məlumat] — məlumatın nömrəsi.

[sətirlərin sayı] — neçə sətri çıxarmaq lazımdır.

Məhdudiyyət

Yalnız uğurlu identifikasiyadan sonra işləyir.

Ehtimal olunan cavablar

• +OK n octets

• -ERR no such message

QUIT

Arqument

Yoxdur.

Məhdudiyyət

Yoxdur.

Ehtimal olunan cavablar

+OK

Bu şifrələnmiş parol dəstəryi ilə olan (APOP, RFC 1939) sessianın nümunəsidir:

S: <Server 110 portunda giriş əlaqələrini gözləyir>

C: <serverlə əlaqə yaradır>

S: +OK POP3 server ready <1896.697170952@dbc.mtview.ca.us>

C: APOP mrose c4c9334bac560ecc979e58001b3e22fb

S: +OK mrose's maildrop has 2 messages (320 octets)

C: STAT

S: +OK 2 320

C: LIST

S: +OK 2 messages (320 octets)

S: 1 120

S: 2 200

S: .

C: RETR 1

S: +OK 120 octets

S: <server informasiyanı ötürür 1>

S: .

C: DELE 1

S: +OK message 1 deleted

C: RETR 2

S: +OK 200 octets

S: <server məlumat göndərir 2>

S: .

C: DELE 2

S: +OK message 2 deleted

C: QUIT

S: +OK dewey POP3 server signing off (maildrop empty)

C: <əlaqəni bağlayır>

S: <giriş əlaqələrini gözləməyə davam edir>

Şifrənin hərflərlə göndərilməsi, sessiyasının əvvvəlinin nümunəsi:

C: USER cache

S +OK User accepted

C: PASS cachepass

S +OK Pass accepted