Pakri yarımadası | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Sahəsi | 4500 km² |
Yerləşməsi | |
59°26′00″ şm. e. 24°45′00″ ş. u.HGYO | |
Akvatoriya | Baltik dənizi |
Ölkə |
![]() |
|
|
![]() |
Pakri yarımadası — Estoniyanın şimal-qərb hissəsində, Baltik dənizindəki Fin körfəzindəki Lahepere və Paldiski körfəzləri arasındakı yarımada. Estoniyanın Haryumaa bölgəsində yerləşir. Paldiski liman şəhəri yarımadada yerləşir.
Yarımadanın uzunluğu 12 km, eni isə 5 km-dir. Yarımada təxminən 40 km² sahə əhatə edir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 31 m yüksəklikdədir. Orta illik temperatur 5.9 ° C-dir. Ən aşağı orta temperatur fevral ayında qeydə alınır. Temperatur -3.8 ° C təşkil edir. Ən isti ay iyuldur ki, orta temperatur 16.6 ° C olur[1].
Yarımada ərazisində ilk yaşayış məskəni Dəmir dövrünə aiddir. 13-cü əsrdə Raqervik kəndi İsveç kolonistləri tərəfindən qurulmuşdur. XVII əsrdə burada bir liman inşa edilmişdir. 1718-ci ildə I Pyotr Paldiski qalasının əsasını qurur. 1760-cı ildə burada bir liman inşa edilir. 1939-cu ildə şəhər SSRİ-nin hərbi dəniz bazaları sırasına daxil edilir. Pakri yarımadasında hərbi baza yerləşirdi.
Yarımadanın ərazisində yerləşir:
Yarımadanın bəzi hissələri 1998-ci ildən özünəməxsus geoloji xüsusiyyətləri, flora və fauna zənginlikləri və tarixi özəllikləri əsasında Pakri Landşaft Qoruğu olaraq qorunur[2].
Mayak ərazisində ilk inşa edilən mayak 1724-cü ildə tikilir. Deyilənə görə mayakın yerini I Pyotr şəxsən özü seçmişdir[3]. 1889-cu ildə köhnə mayakdan 80 metr aralıda yeni mayak inşa edilir. Köhnə mayak isə yarıya qədər dağılmış olur. Bu köhnə mayakda parafin saxlanılılr. Mayak və mayakın baxıcısının yaşadığı ev İkinci Dünya müharibəsi zamanı ciddi zərər görür. Bununla belə onlar müharibəni adlada bilir. 2001-ci ildə mayak tamami ilə bərpa olunmuşdur[4].