Pandora

Pandora
q.yun. Πανδώρα
Pandora mücrü ilə, Jül Jozef Lefevr, 1882
Pandora mücrü ilə, Jül Jozef Lefevr, 1882
Mifologiya Yunan
Adının izahı Bəxşedilmiş ya tanrıların bəxşişi
Yunanca adı Πανδώρα
Cinsi qadın[d]
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Con Uilliyam Uaterhouse: Pandora, 1896

Pandora — (yun. Πανδώρα, bəxşedilmiş, pan — bütün, hamı, tam və doron — hədiyyə, bəxşiş) yunan mifologiyasına görə yer üzündə ilk yaradılmış qadındır. Hesiod onu yun. καλον κακον — gözəl pislik adlandırmışdır. Bu onun özü ilə birlikdə yerə gətirmiş olduğu bədliklərlə dolu mücrüyə işarədir.

Dəmirçi tanrı Hefest öz emalatxanasında su və torpaq qarışığından ilk qadının dəmir heykəlini yaratmış olur. Bu heykəl həddsiz yaraşıqlı göründüyündən tanrı Zevs onu canlandırmaq fikrinə düşür. Digər tanrılar isə ona misli bərabəri olmayan gözəllik, cazibadarlıq, müdriklik, inandırmaq bacarığı və s. kimi keyfiyyətlər bəxş edirlər. Hermes ona hiyləgərlik, yalan, Hera isə ona hər şeylə maraqlanmaq kimi xasiyyəti bəxş etmiş olurlar. Zevs isə Prometeyin ilahi qüvvə sayılan odu insanlara verməsindən hiddətlənərək, bunun əvəzini çıxmaq üçün, içərisinə insanların düçar ola biləcəkləri bütün bəlaları qiymətli daş-qaşlarla bəzədilmiş mücrünü içinə dolduraraq toy hədiyyəsi qismində Pandora ilə birlikdə Epimeteyaya bağışlayır. Ağzı kilidlənmiş mücrünün açarını Pandoraya verərək Zevs xoşbəxt və firavan yaşamaq istəyirsə onu açmamağı tapşırır. Epimetey Pandoranın gözəlliyinə valeh olaraq, qardaşı Prometeyin xəbərdarlığına məhəl qoymadan onu özünə arvad edir. Bir müddət Epimetey və Pandora firavan və xoşbəxt həyat sürürlər. Heranın Pandoranın qəlbinə salmış olduğu hər şeyə maraq göstərmək xasiyyəti onu bir an belə rahat buraxmırdı. Bir dəfə maraq onun iradəsinə üstün gələrək mücrünü açmağa məcbur edir. Mücrü açılar-açılmaz içindəki Zevsin insanlara ünvanlanmış "xeyirhaqlıqları": xəstəliklər, kədər, ağrı-acılar bir sözlə bütün bədliklər uçub bütün dünyanı bürümüş olurlar. Azad ola bilməyən, mücrüdə qalan kiçik ümid quşu, o vaxtdan etibarən insanların təskinliyi olur.

  1. Пирра (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1898. Т. XXIII. С. 677.