Pangeya — dünyada həyat başladığı zaman bütün qitələrin bir ada kimi bir-biriylə birləşmiş halına verilən addır.
Pangeya (rus. Пангея, ing. Pangaea) /yun. pan — hamısı və ge, gaia- yer, torpaq/ — Paleozoyda və Mezozoyun əvvələrində müasir materiklərin hamısını birləşdirən fərziyyəvi materik. Onun parçalanmasını və hissələrinin bir- birindən aralanmasını, yeni qlobal tektonikaya əsasən mantiyada konveksion özəklərin yeni sisteminin yaranması ilə əlaqələndirirlər.[1]
Materik çıxıntıları və okean çökəkliklərinin sonrakı inkişafı haqqında bir sıra fərziyyələr mövcuddur. Bəzi alimlər materiklərin hərəkətsiz olduğunu, bəziləri isə onların daim hərəkət etdiklərini güman edirlər. Materiklərin hərəkət etməsi haqqında ilk dəfə fikir söyləyən Alfred Vegener olmuşdur. Onun nəzəriyyəsinə görə, yer qabığında vahid quru-Pangeya mövcud olmuşdur. Sonradan Pangeya iki hissəyə- Lavrasiya və Qondvanaya parçalanmış, daha sonra onlar da öz növbəsində tədricən parçalanmış və müasir materiklər əmələ gəlmişdir.
Litosfer tavalarının hərəkəti nəticəsində Pangeya materiki Lavrasiya və Qondvanaya parçalanmışlar. Lavrasiya qurusu şimal hissədə, Hondvana isə cənubda yerləşir. Lavrasiya iki materikə- Avrasiya və Şimali Amerikaya parçalanmışdır.
Hondvana-Cənubi Amerika, Afrika, Antarktida, Avstaliya, Hindistan, Ərəbistana parçalanmışdır.