Pantene

Pantene
Ümumi məlumatlar
Sənaye qadın şampunu
Məhsulu Şampun
Təsis tarixi 1947
Baş qərargahın yeri ABŞ
Struktur
Ana şirkət Procter & Gamble
www.pantene.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

PanteneProcter & Gamble şirkətinə daxil olan, 1947-ci ildə yaradılmış qadın şampun markası.

Patene xanımları layihəsi çərçivəsində gənc qızların şəhər gəzintisi (Çili, 2010)

Pantene markasının yaranması və formalaşması prosesi İsveçrədən başlayır. Belə ki, İkinci dünya müharibəsi zamanı yanıq xəsarəti almış əsgərlərin müalicəsini həyata keçirən həkimlər, əsgərləri müalicə etməyin daha səmərəli üsulları üzərində işləyirdilər. Aparılan dərin araşdırmalar 1940-cı illərin əvvəllərində böyük kəşflə nəticələnir və insan bədənin yanmış hissələri üçün effektiv təsir gücünə malik Pantenol, provitamin B5 kəşf edilir. Panthenoldan ilhamlanan İsveçrəli dərman şirkəti Hoffma-LaRoche bu maddəni saçların müdafiəsi üçün yaradılacaq yeni markanın üzərinə tətbiq etməyi təklif edir. Bununla da 1947-ci ildə Avropanın mərkəzi olan İsveçrədə sonralar məşhurluğu ilə bütün dünyanı əhatə edəcək yeni bir marka yaranmış olur. Marakanın adlandırlması üçün elədə uzun axtarışlar etməyə ehtiyac qalmır, belə ki, saçların müdafiəsi üçün nəzərdə tutulmuş yeni marka elə tərkibində olan inqridientlərdən birinin (ing. Panthenol) adına uyğun yəni Pantene adlandırılır.

Bazarda istehlakçılara təklif edilən yeni saç baxım kremi özünə məxsus qoxu çeşidləri ilə qısa zamanda Avropa xanımlarının diqqətini çəkməyi bacarır. Yarandığı və satışa çıxdığı ilk illərdə əsasən Avropa bazarında yayılan Pantene 1960-cı illərin ortalarında Şimali Amerika bazarına təqdim edilir və burada yüksək istehlakçı marağı əldə edir. 1975–1976-cı illərdə Pantene qablaşdırmalarının qabağları qızılı rənglə əvəzlənir. Bu yeni dizayn alıcıların diqqətini cəlb edir və Pantene 1975-ci ildən günümüzə düz 35 ildir ki, belə quruluşa malik qablaşdırmalarda istehsal olunur. Pantene tərəfindən qadınlara hədəflənmiş bir sıra sosial tədbirlər həyata keçirilir. Bunlardan ən yadda qalanı isə 1984-cü ildə təşkil edilən gözəl olduğum üçün məndən nifrət etməyin kompaniyası olur. Bazar dəyərini və müştəri məmuniyyətini daim yuxarı səviyyələrdə saxlaya bilən marka 1985-ci ildə Procter & Gamble tərəfindən satın alınmasının ardından inkişafının yeni bir mərhələsinə təkan qoyur.

Procter & Gamble ilə başlayan yeni dövr eyni zamanda yeni fikirlərin formalaşması ilə müşahidə olunur. Belə ki, Procter & Gamble laboratoriyalarında qadın saçlarının qorunması və müxtəlif həssas quruluşa malik saçlar üçün xüsusi kremlərin və şampunların hazırlanması yönündə ciddi işlər aparılır. Mütəxəssislər tərəfindən aparılan ilkin araşdırmalar öz müsbət cavabını verir və 1990-cı ilin əvvələrində Pantene öz yeni xüsusiyyətləri və hər zamankindən daha güclü və effektiv tərkibi ilə istehlakçıların ixtiyarına təqdim olunur. Markanın Procter & Gamble tərəfindən satın alınması Pantenenin eyni zamanda dünya miqyaslı bir marka olması ilə də nəticələnir. Belə ki, bu zamana qədər əsasən məhdud cevrədə tanınan və alıcı kütləsinə malik olan marka 1990-cı illərdən etibarən Avstraliya, Yeni Zelandiya, Avropa, Şimali Afrika, Latın Amerikası, Koreya və hətta Yaponiya kimi uzaq çoğrafiyalara qədər yayılır.

1995-ci ildə Pantene Procter & Gamble şirkətinin 1 milyard dollarlıq markaları sırasına qoşulur. 1997–1998-ci illərdə Pantene premium saçların müdafiəsi sistemi ilə qadınlar üçün nəzərdə tutulmuş nüfuzlu jurnallarda ən çox məsləhət görülən marka vəziyyətinə gəlir. 2012-ci ilə olan nəticələr əsasən Pantene dünyada qadınlar tərəfindən tövsiyə edilən əsas saçların müdafiəsi üçün olan markadır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]