Pantomim

Pantomima aktyoru Pablo Zibes

Pantomima — ən sadə izahatıyla sözsüz teatr oyunudur. Nümayiş sənətlərindən biridir. Qısaca "mim" olaraq ifadə edilir.

Pantomimada sənətçi üz mimikalarını, əl-qol və bədən hərəkətlərini istifadə edərək mövzunu izah etməyə çalışır. Bu mənada pantomima bəzən universal teatr dili olaraq qəbul edilir. Miladdan əvvəlki dövrlərdə mim sənətinin tətbiq olunduğu məlumdur.

Mim sözü "təqlid etmək" və ya "təmsil etmək" mənasını verən yunanca "mimeisthai" sözündən yaranmışdır. Fransızca "pantomime" mənşəli söz olan pantomim sənəti düşüncə və duyğuları musiqi və ya müxtəlif əşyalar vasitəsilə bəzən rəqslə, bəzən də gövdə və üz hərəkətlərilə əks etdirməyi məqsəd qoyan sözsüz oyundur.

Bəzi pantomima ifadələri

[redaktə | mənbəni redaktə et]
  • Bir əlin ürək üzərinə qoyulması "eşq" duyğusunu ifadə edir.
  • Gözlər üzərinə yerləşdirilən əllərin aşağıya doğru çəkilməsi "göz yaşı" təəssüratı verir.
  • Sıxılmış yumruqların baş üzərində yellənməsi "hirs"i izah edir; qolların çarpaz olaraq aşağıda tutulması "arzu"nu dilə gətirər.
  • Ağzını və gözünü böyük açmaq qarışıqlığı ifadə edər.