Paraiba | |
---|---|
|
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 496 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-PB |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Paraiba (port. Paraíba) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Riu-Qrandi-du-Norti, qərbdən Seara, cənubdan isə Pernambuku ştatı ilə sərhədlənir[2]. İnzibati mərkəzi Juana-Peson şəhəridir.
Paraiba Braziliyanın ucqar şərqində qərarlaşır. Kabu-Branku burnu Braziliyanın ucqar şərq nöqtəsini təşkil edir[3].
Ştat ərazisinin böyük qismi Braziliya alçaqdağlığında yerləşir. Mərkəzi təpəlik hisdələrdə qumluqlar yayılmışdır. Ştat ərazidində üç tip bitki örtüyünə rast gəlinir. Sahil düzənlik ərazilərində tropik meşələr, yarımquraq ərazilərdə kaktus və kol tipli bitkilər bitir. Bu iki ərazi arasında yerləşən bölgədə qarışıq tip yayılmışdır[4].
Ştatın ərazisini ilk dəfə XVI əsrdə fransızlar ziyarət etmişlər. Onların portuqallardan fərqi yerli əhali ilə ticarə əlaqələrin qurulması olmuşdur. Fransızlar hinduların dəstəyi ilə bütün XVI əsr boyunca portuqallarla müharibə aparmışlar. 4 noyabr 1585-ci ildə portuqallar Paraibada ilk kəndi salırlar. Sonrakı dönəmlərdə fransızlar Paraiba qovularaq çıxarılır.
Bir müddət əraziyə hollandlar müdaxilə etmişlər. Onların ilk müdaxilələri 1624-cü ilə təsadüf edir. Ancaq bu müdaxilə yerli əhali tərəfindən geri oturdulur. Bununla belə növbəti dəfə 1624-cü ildə holladlar Paraibanı yenidən işğal edə bilirlər. Onların bölgədən çıxarılması 1654-cü[5] ilə təsadüf edir.
İnzibati cəhətdən ştat 4 mezoregiona və 23 mikroregiona bölünür.
Ştat ərazisində kənd təsərrüfatı inkişaf etdirilmişdir. Burada qarğıdalı, çəltik, şəkər qamışı, tütün, banan, pambıq, kofe və kauçuk ağacı yetişdirilir.
Gözəl şəhərlər turistləri ştat ərazisinə cəlb edir.