Paranoya | |
---|---|
XBT-10 | F |
XBT-9 | |
MeSH | D010259 |
Vikianbarda əlaqəli mediafayllar |
Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Söz yunan dilində "παράνοια" (paranous) "dəlilik" mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək)
Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət pozuqluğu kimi, psixotik olmayan, digər vəziyyətlərdə də müşahidə edilə bilər.
Paranoya, fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür.
Xalq arasında, paranoya deyimi, ümumiyyətlə bir şəxsin, ətrafındakılar haqqında həddindən artıq şübhəçiliyini təyin etmək üçün istifadə edilər. Belə bir adama edilən tövsiyələr, yaxşı niyyətli belə olsa, o adam tərəfindən pis niyyətlə edilmiş hesab edilər. Başqalarının onun haqqında təxribat edəbiləcəyi düşüncəsinə qapıla bilər, özlərinə və ya mülklərinə qarşı bir təhdid olduğu narahatlığı içinə düşər. Bu düşüncələr, o şəxsə böyük narahatlıq verər. Ətrafındakılar da, bu vəziyyətdən narahat olar.
Psixiatr Emil Kraepelin, ən əhəmiyyətli və ya yeganə əlamətin təşviş inanclar olduğu ruhi xəstəlikləri təyin etmək üçün, "paranoya" terminini, istifadə etmişdir. Terminin qatı istifadəsi zaman içində dəyişmişdir. Kraepelinin təyin etməsi, indiki vaxtda ümumiyyətlə tərk edilmişdir. Psixiatrlar tərəfindən, günümüzdəki istifadəsiylə, paranoya; adamın özünə istiqamətli hər hansı bir təşvişi işarə etmək üçün istifadə edilər. Daha müəyyən olaraq, əziyyət qorxusuna gətirib çıxaran bir təşvişə işarə etmək üçün istifadə edilir.
Kraeplin bu kökə, təşvişli inanışları da əlavə edərək öz təcrübəsini inkişaf etdirmişdir. Kraeplinin etdiyi paranoya təcrübəsində təşviş inancın nə olduğunun əhəmiyyəti yoxdur, hər hansı bir təşviş inanış paranoya olaraq sinifləndirilə bilər.
Paranoya xəstələrinin və ya paranoyakların ortaq xüsusiyyətləri uşaqlıq və gənclik illərində yaşadıqları zədələrdir. Bir çox psixoloji narahatlığın təməli uşaqlıq və gənclik illərində qoyulur ancaq bu mövzuda paranoya narahatlığı çox daha diqqətə çarpandır. Məsələn, uşaqkən çirkin olan və ətrafında və ya ailəsində davamlı lağ mövzusu olan biri irəliləyən yaşlarını "hər kəs mənə baxır" ya da "hər kəs yanındakına gizlicə mənim çirkin olduğumu deyir" şəklində düşüncələrlə keçirə bilməkdədirlər. Xüsusilə, yeniyetməlik dövründə ətrafıyla ciddi problemlər yaşayan, bədənində qüsuru olan kəslərdə daha çox rast gəlinir.
Paranoya narahatlığı diqqət yetirilməsi lazım olan və hal hazırda müalicə edilə bilən bir narahatlıqdır. Müalicə simptomların səbəbindən və şiddətindən asılıdır. Dərman, psixoterapiya, fərdi və ya ailə məsləhətləri daxil ola bilər. Paranoyanı müalicə etmək çətindir. Bu prosesses artan hirs, emosional qorunma və mümkün düşmənçiliklə nəticələnə bilər. Müalicədə ən vacib amil, irrasional düşüncələrin təsirini azaltmaq və sosial bacarıqları yaxşılaşdırmaq üçün xəstə ilə etibarlı iş birliyi qurmaqdır. Paranoya dərman istifadəsinin nəticəsidirsə, effektlər azalana qədər müalicə ümumiyyətlə dəstəklənir. Ağır hallarda, paranoyaya səbəb olan vəziyyət sabitləşənə qədər xəstəxanada müalicə tələb oluna bilər. Müalicə edilmədiyi təqdirdə irəliləyə bilər və ciddi psixoloji xəstəliklərə səbəb ola bilər[1].
Əksər şəxsiyyət pozğunluqlarında olduğu kimi, psixoterapiya da üstünlük verilən müalicə metodudur. Paranoyak insanın terapevtlə açıq danışması çətindir, çünki xəstədə özünəinam problemi var, irəliləyiş son dərəcə ləngdir. Dürüst bir yanaşma ilə xəstəni mövcud problemlərə yönəltmək ən yaxşı nəticəni verəcəkdir. Psixoterapiya xəstələrin özlərinə inamlarını artırmalarına, başqalarına etibar etmələrinə, hisslərini ifadə etmələrinə və idarə etmələrinə kömək etməkdir[1].
Emil Kraepelin ağıl xəstəliklərinin dəyişik formalarını təcrübə etdiyi işində, təşvişin olduğu lakin ağılı qabiliyyətlərdə hər hansı bir mənfi gedişin görülmədiyi vəziyyəti təyin etmək üçün tək paranoya terminini istifadə etmişdir. Bu tərifdə digər şizofreniyalı tapıntılar yoxdur.
Təşvişlərin diqqətə çarpan olduğu şizofreniya forması üçün paranoyak şizofreniya termini istifadə edilir. Bu təcrübədə, təşvişlərin xəstəyə narahatlıq verib vermədiyi diqqətə alınmaz. Yəni, xəstə, təşvişləri ilə uyğunlaşma içində olsa belə paranoyak şizofreniya ola bilər.
Ancaq, son vaxtlarda, insandakı təşvişlərin narahatlıq verici olması anlayışı təkrar əhəmiyyət qazanmışdır. Xüsusilə, iki ana xətt üzərində dayanılmağa başlanmışdır:
Paranoyak təşvişlər arasında; insanın izlənildiyi, elektronik vasitələrlə müşahidə edildiyi, yemək və ya içkilərinin zəhərləndiyi, əhəmiyyətli biri, və ya tanınmış bir şəxsiyyət tərəfindən uzaqdan sevildiyi simptomları olmaqdadır.