Bu məqaləni vikiləşdirmək lazımdır. |
Parasels | |
---|---|
alm. Philippus Aureolus Theophrastus Bombast von Hohenheim | |
Doğum adı | Philippus Aureolus Theophrastus Bombastus von Hohenheim |
Doğum tarixi | 10 noyabr 1493[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 sentyabr 1541[1] (47 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | tibb, əlkimya, astrologiya |
İş yeri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Parasels (ingiliscə əsl adı Philippus Aureolus Theophrastus Bombast von Hohenheim; 10 noyabr 1493[1], Aynzideln[d], Qədim İsveçrə İttifaqı – 24 sentyabr 1541[1], Zalsburq, Zalsburq arxiyepiskopluğu[d], Müqəddəs Roma imperiyası) — tanınmış əlkimyaçı, həkim, okkultist.
1493-cü ilin sonunda Eynzidelndə, Şvis kantonunda anadan olub, 1541-ci il sentyabrın 24-də Zalsburqda vəfat edib
İsveçrənin Sürix şəhərinin yaxınlığında kiçik bir kənddə dünyaya gözünü açan bu körpəyə atası Fillipp adını verdi. Parasels adını isə Fillipp özü qazandı. Daha doğrusu, dövrünün qədim təbibi Selsin şan-şöhrətini, uğurunu yaşamaq məqsədilə Fillipp "Selsə oxşayan" anlamını verən bu adı şəxsən özü seçdi. Baxıcı anası və həkim atası ailəni çətinliklə dolandırırdı. Onlardan övladlarına qalacaq yeganə var-dövlət isə zəngin kitabxanadan ibarət idi.
Tərcümeyi halında məktəb təhsili haqda heç bir məlumat verilmir. Mənbələr onun özbaşına təhsil almasında israrlıdır. Məktəb təhsili olmadığı üçün nəzəri biliklərin öyrənilməsi və mənimsənilməsinə marağı az olmuşdur. O öz fəaliyyətində praktiki vərdiş, adət-ənənə və müşahidələrə üstünlük vermişdir.
Paraselsin məşhurlaşmasında qadın faktoru önəmli yerlərdən birini tutur. Çünki o dövrdə qadınlar öz xəstəliklərini həkimlərə bildirməkdən ya çəkinir, ya da utanırdılar. Elə bu məqsədlə də onlar özlərini cadugər, falçı və ovsunçulara etibar edirdilər. Digər bu qisim peşə sahibləri də, öz növbəsində, qadın xəstəliklərini təbib, həkim və loğmanlardan yaxşı mənimsəmişdilər. Anasının qəbulunda olan belə qadınların problem və xəstəliklərini dərindən müşahidə edən Parasels sonralar öz pasiyent dairəsini məhz qadınların hesabına daha da genişləndirir. Təsadüfi deyil ki, dövrünün ilk "Qadın xəstəlikləri" kitabı ona qədər olan heç bir təbib tərəfindən yazılmamışdır.
Əlkimyanı dərindən bilən atasının sayəsində isə həkimlik fəaliyyətində dərman terapiyasının sirlərinə yiyələnməsi onun əlindən tutur. Parasels qeyri-adi həyat tərzi sürür, çirkli, cırıq geyimləri ilə çox zaman sərxoş halda olmasına baxmayaraq cadu gücü və şəfalı əllərinin sayəsində cəmiyyətdə sevilir, insanları təəccübləndirir, düşmənlərini təəssüfləndirməyi bacarırdı. Buna görə ona şəhərin "baş həkimi" titulu verilmişdi.
Bütün bu uğurlar onun Bazel universitetinə professor kimi dəvət almasına gətirib çıxardı. Elmi bilikləri ilə tələbatı ödəyə bilmədiyinə baxmayaraq, rəhbərlik ona diplom və fəxri ad da verməli oldu, lakin bütün bunlar Paraselsin tibbi ictimaiyyətlə əlaqələrinin qurulmasına yetərincə yardımçı ola bilmədi.
XIX əsrin ortalarında tibb dili kimi latın dilinin qəbul olunması, tibbi ictimaiyyətin bu dildən istifadəsi, konfrans, konqres, simpoziumların və ən nəhayət, tədrisin bu dildə keçirilməsi onun karyerasına öz mənfi təsirini göstərməyə bilməzdi. O dövrün alimləri bu dili bilməyənləri sevmirdilər və onlara hörmət belə etmirdilər.
Parasels isə nəinki bu dildə yazıb oxuyur, heç latın dilini öyrənməyə də cəhd göstərmirdi. Mühazirələrini alman dilində, həm də yarısərxoş vəziyyətdə aparan alim bütün bu dedi-qodulara, söz-söhbətlərə fikir vermir, hətta belələri haqda deyirdi: "Mənim ayaqqabılarım astronomiyanı, fəlsəfəni, əlkimyanı və təbabəti sizdən yaxşı bilir".
Həqiqətən ilk dəfə Parasels kimyanı təbabətə yaxınlaşdırdı və "yatrokimya"nın əsasını qoydu (yatro -yunanca "həkim" deməkdir). Təbabətdə kimyəvi elementlərin təsirini öyrənmiş və tətbiq etmiş, bitki və otlardan xüsusi tinkturalar, ekstratlar, eliksirlər hazırlayaraq istifadə etmişdir.
Təbabətə "siqnatura" və ya "siqna naturale" — "təbiətin işarələri" adlı baxışlar sistemini Parasels gətirmişdir. Bu sistemə görə, ürək xəstəliklərini ürək formalı yarpaqları olan bitkilərlə, böyrək xəstəliklərini böyrək şəkilli bitkilərlə müalicə etmək lazımdır. Xaş-xaşın yuxugətirici təsirinin və terapevtik xüsusiyyətinin təbabətə töhfəsi məhz Paraselsin adı ilə bağlıdır.
O, "fransız xəstəliyi" adlanan sifilisi civə ilə, iflicləri, epilepsiyaları qızıl və sink miksturası ilə müalicə edirdi.
İnsan bədəninin 4 şirəsi haqqında təlimi qəbul etmədiyi üçün Hippokrat, Qalen və İbn Sinanın əsərlərini Bazel universitetinin qarşısında od vurub nümayişkaranə yandıran Parasels bu təhsil ocağından qovulur, lakin bütün bunlara baxmayaraq, həvəsdən düşməyib öz tələbələrini və tərəfdaşlarını başına toplayaraq "fəlsəfə daşı" -"laurum potabis", "qızıl içki" və s. cadu məlhəmlər və məhlullar hazırlayır və uğurla xəstələrinə tətbiq edirdi.
O öz dövrünün elm adamları tərəfindən qəbul edilməməsinə baxmayaraq 9 kitabını nəşr etdirir və bunlardan 3-ü dərslik kimi rəsmən qəbul olunur.
İndi Parasels təbabətin simvollarından biri, qüdrətli, dünya şöhrətli loğman kimi qəbul edilir. Almaniyada həkimlərin ən nüfuzlu mükafatı Parasels ordenidir.