Paris Klubu | |
---|---|
Yaranma tarixi | 1956 |
Mərkəzi | |
clubdeparis.org |
Paris Klubu -(fr. Club de Paris) kreditor- dövlətləri (“böyük səkkizlər”, üstəgəl Avstriya, Niderland, Belçika, İspaniya, Norveç, İsveç, İsveçrə) birləşdirən beynəlxalq təşkilat; suveren borc alanlara kreditlərin şərtlərinin yenidən baxılması məsələlərini müzakirə etmək üçün kreditor ölkələrin qeyri-formal təşkilatıdır.[1]
Paris Klubu 1956-cı ildə yaradılmışdır.
{{columns-list|3|
Paris Klubunun hal-hazırda 22 daimi üzvü vardır.
ABŞ | Kanada | İtaliya |
Avstraliya | Finlandiya | İsveçrə |
Avstriya | Fransa | Niderland |
Almaniya | İngiltərə | Norveç |
Belçika | İrlandiya | Rusiya |
Braziliya | İsrail | Yaponiya |
Cənubi Koreya | İspaniya | |
Danimarka | İsveç |
Beynəlxalq Valyuta Fondu (BVF) ilə sıx əməkdaşlıqda fəaliyyət göstərir. Əgər hər hansı bir borclu dövlət iqtisadi çətinliklərə məruz qalaraq (xüsusilə, tədiyə balansının tarazlaşdırılması üçün) BVF himayəsi altında “sağlamlaşma proqramı” həyata keçirməyə başlayarsa, Paris klubu həmin ölkənin hökuməti ilə birgə onun xarici dövlət borcunun restrukturlaşdırılması haqqında razılaşma işləyib hazırlayır. Nəticədə əmtəə və kapitalın idxalının həcmini azaltmadan tədiyə balansının passiv saldosunu azaltmaq imkanı yaranır.