Parker Solar Probe — ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) " Parker Solar Probe " peykini Günəşə göndərib.[1]
Florida ştatının Kanaverel kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.[1]
Parker Solar Probenin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə — 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır.[1]
Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.[1]