Parlaq birgöz | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Cins: Növ: Parlaq birgöz |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Parlaq birgöz (lat. Ligustrum lucidum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü.
Təbii halda Çində, Yaponiyada və Koreyada bitir.
Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir.
Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır.
Rayonlarda park və bağlarda rast gəlinir.
Gözəl, həmişəyaşıl yarpaqları, ətirli çiçəkləri və uzunmüddətli çiçəkləməsi bitkiyə çox dekorativ görünüş verir. Alleya və qrup əkinlərində, canlı çəpərlərin salınmasında bu bitkidən geniş istifadə edilir.