Patrik Andrade | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 9 fevral 1993[1][2][…] (31 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 190 sm |
Çəkisi | 86 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Klub haqqında məlumat | |
Klub | Qarabağ FK (2020–2022; 2023–) |
Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi.
Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır.[3]
2013-cu ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır.[4]
Daha sonra, 14 iyul 2014-cu ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir.[5]
Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır.[6] Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir.[7]
28 avqust 2020-ci ildə 150 min avro qarşılığında,[3] Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.[8][9]
2022-ci ildə, Serbiyanın "Partizan" klubuna keçir.
1 Oktyabr 2020-ci ildə Kabo-Verde milli komandasına dəvət edilir.[10] 10 Oktyabr 2020-ci ildə Kabo-Verdenin Qvineya milli komandası ilə yoldaşlıq göruşundə meydana çıxıraq milli komandada debut edir.[11] Futbolçunun Kabo-Verde millisində rəmi debütu isə 26 mart 2021-ci il tarixində Kamerun milli komandası ilə göruşdə baş tutur.[12][13]