PATRİK ZÜSKİND | |
---|---|
alm. Patrick Süskind | |
Doğum tarixi | |
Doğum yeri | Ambax, Bavariya, Almaniya Almaniya |
Təhsili |
|
Fəaliyyəti | Yazıçı, ssenarist, dramaturq |
Fəaliyyət illəri | 1980-ci ildən |
Janrlar | Roman, pyes, ssenari. |
Tanınmış əsərləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Patrik Züskind (alm. Patrick Süskind) - Müasir alman yazıçısı, dramaturqu və ssenaristi.
Patrik Züskind 26 mart 1949-cı ildə Ambaxtda Ştarnberq gölünün yaxınlığında doğulub. Holtshausendə böyüyüb və ilk təhsilini orada alıb. Məktəbi bitirib və orduda xidməti başa vurduqdan sonra bir il "Aix-En-Provonce" leksiyalarında iştirak edib, öz biliklərini fransız dili və mədəniyyətinin öyrənilməsinə sərf edib.
Züskind sonralar ssenarilər yazmaqla pul qazanmağa başlayıb. O, rejissor Helmut Ditl ilə məşhur "Kir Royal", "Monako Frans" və "Rossini və ya kim kim ilə yatdı" adlı televiziya filimlərinə ssenari yazıb.
Teatr səhnəsində Züskind ilk nailiyyətini "Kontrabas"ı yazmaqla qazanıb. Sonra ona dünya şöhrəti gətirən "Ətriyyatçı" (1985) romanı, "Göyərçin" (1987) və "Cənab Zommerin tarixi" (1991) novellalarını yazıb.
Hal-hazırda gizli şəkildə fasilələrlə gah Münhendə, gah Fransada əsasən də Mansardanda yaşayır. Özünün gizli həyat tərzi ilə əlaqədar müsahibələri, rəsmi görüşləri təxirə saldığına görə alman mətbuatı onu "əyləncəli alman ədəbiyyatının kabusu" adlandırır.
2006-cı ildə "Ətriyyatçı" romanı ekranlaşdırılıb.