Payız marafonu

Payız marafonu
rus. Осенний марафон
Janr dram filmi, komediya filmi, faciəvi komediya
Rejissor
Baş rollarda Oleq Basilaşvili
Natalya Qundareva
Yevgeni Leonov
Marina Neyolova
Operator
Bəstəkar
İstehsalçı Mosfilm
Studiya Mosfilm
Distribütor Netflix
İlk baxış tarixi 1979
Müddət 89 dəq.
Ölkə
Dil rus dili
Rəng rəngli
IMDb ID0079679

Payız Marafonu (rusca: Осенний марафон; Rom: Osenniy marafon) 1979-cu ildə çəkilmiş Sovet romantik komediya-dram janrında olan bu film, 1979-cu ildəki Venesiya Film Festivalı, San Sebastian Film Festivalı və 1980-ci ildəki Berlin Film Festivalı mükafatlarının ən yaxşı rejissor və ən yaxşı aktyor kateqoriyalarında qalibi olmuşdur.[1] Film, həmçinin 52-ci Akademiya Mükafatlarında Xarici Dildə Ən Yaxşı Film nominasiyası üzrə Sovet filmi kimi seçilmiş, lakin namizəd kimi qəbul edilməmişdir.[2]

Filmdə Oleq Basilaşvili Leninqradda orta yaş böhranı keçirən və həyat yoldaşı, məşuqəsi, qonşuları və iş yoldaşları ilə qarışıq münasibətlərində özünü müdafiə etməyə çalışan Andrey Bouzykine adlı evli İngilis-Rus dillərinin tərcüməçisi rolunu oynayır. Filmdə digər rolları Yevgeni Leonov, Natalya Qundareva, Marina Neyolova, Borislav Brondukov, Nikolay Kryuçkov və Qalina Volçek kimi görkəmli sovet aktyorlarıaktrisaları ifa etmişdirlər. Filmin rejissoru Georgiy Daneliya olmuşdur.

  1. Richard Taylor, Nancy Wood, Julian Graffy, Dina Iordanova. The BFI Companion to Eastern European and Russian Cinema. Bloomsbury. 2019. səh. 1933. ISBN 978-1838718497.
  2. Margaret Herrick Library, Academy of Motion Picture Arts and Sciences