Pedro Albisu Kampos

Pedro Albisu Kampos
Şəxsi məlumatlar
Doğum tarixi 12 sentyabr 1891(1891-09-12)[1]
Vəfat tarixi 21 aprel 1965(1965-04-21)[1] (74 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Dini Roma-Katolik kilsəsi
Hərbi xidmət
Döyüşlər
Rütbəsi əsgər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pedro Albisu Kampos (isp. Pedro Albizu Campos; 12 sentyabr 1891[1]21 aprel 1965[1], San-Xuan) — Puerto-Riko siyasətçisi, milli azadlıq hərəkatı xadimi.

Pedro Albisu Kampos 12 sentyabr 1893-cü ildə Ponse şəhərində anadan olmuşdur. O, 1921-ci ildə Harvard Universitetini bitirmişdir. Puerto-Rikonun azadlığı uğrunda mübarizəni qarşıya məqsəd qoyan, 1922-ci ildə yaradılmış Puerto-Riko Milliyətçi Partiyasının yaradıcılarındandır. 1930-cu ildən partiyanın sədri olmuşdur. ABŞ-nin adadakı hakimiyyət orqanlarına qarşı bir sıra çıxışlar təşkil etmiş, 1936-cı ildə həbs olunmuşdur. 1947-ci ildə həbsdən azad edildikdən sonra yenidən ölkənin istiqlaliyyəti uğrunda fəal mübarizəyə qoşulmuş, 1950-ci ildə ikinci dəfə tutularaq uzunmüddətli həbs cəzasına və katorqaya məhkum olunmuşdur. O, 21 aprel 1965-ci ildə, San-Xuan şəhərində vəfat etmişdir.[2]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Албису Кампос, Педро // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 221.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]