Pedro Kastilyo | |
---|---|
isp. José Pedro Castillo Terrones | |
Şəxsi məlumatlar | |
Doğum adı | José Pedro Castillo Terrones |
Doğum tarixi | 19 oktyabr 1969[1][2] (55 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | sindikatçı[d], siyasətçi |
Uşağı | 2[3] |
Dini | katolisizm[5][6] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Xose Pedro Kastilyo Terrones (isp. José Pedro Castillo Terrones; 19 oktyabr 1969[1][2], Punya[d], Peru[4]) — Peru məktəb müəllimi, həmkarlar ittifaqı fəalı və siyasətçisi.[7] O, 2017-ci ildə ümummilli müəllimlərin tətilinin lideri kimi şöhrət qazanmışdır.
O, 2021-ci il seçkilərində ikinci turda sağçı namizəd Keiko Fuximorini məğlub edərək solçu "Azad Peru" partiyasından Peru prezidentliyə namizədi olmuşdur. O, 28 iyul 2021-ci ildə and içərək vəzifəsinin icrasına başlamışdır.[8] 7 dekabr 2022-ci ildə Konqresin qərarı ilə hakimiyyətdən uzaqlaşdırılmışdır.
Pedro Kastilyo 19 oktyabr 1969- cu ildə Perunun ən yoxsul regionlarından biri olan Kaxamarkadakı Punya qəsəbəsində anadan olmuşdur.[9] O , savadsız kəndli ailəsində doqquz uşaqdan üçüncüsü idi. Atası İreno Kastilyo Nunyes, anası isə Mavilya Terrones Gevara.[10]
Kastilyo ibtidai və orta məktəbi bitirdikdən sonra Kutervo vilayətindəki Oktavio Matta Kontreras Ali Pedaqoji İnstitutuna daxil olmuş və burada təhsil üzrə bakalavr dərəcəsi almışdır. Daha sonra Sesar Valyexo Universitetində təhsil psixologiyası üzrə magistr dərəcəsi almışdır. 1995-ci ildən Punyada yerləşən 10465 saylı məktəbdə ibtidai sinif müəllimi işləmişdir. Müəllimlik fəaliyyəti ilə paralel olaraq Peruda Təhsil İşçiləri Birləşmiş Həmkarlar İttifaqının lideri olmaqla həmkarlar ittifaqı işində fəal iştirak etmişdir.[9][10][11]
Kastilyo 1980-ci illərdən "Sendero Luminoso" yaraqlılarından qorunmaq üçün Peru kəndliləri tərəfindən yaradılan yerli kənd patrul dəstəsində xidmət etmişdir.[12][13][14]