Pencak silat — İndoneziyanın milli idman növü.[2]
Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir.[2]
Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır.
Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Bali adasının sakinlərinin kerislə müharibəsi
Pencak silat ölkənin tarixində mühüm rol oynayır. Lakin onun tarixinə izləmək çox çətindir. Çünki yazılı sənədləşmədə məhdudlaşmışdır. Şifahi informasiyada isə yalnız quruslar və sahibkarlar tərəfindən verilən məlumatlar qalmışdır. Arxipelaqda hər vilayət mühüm dərəcədə, şifahi şəkildə ənənəyə əsasən onun öz şəxsi əmələgəlmə növünə malikdir.
Bu döyüş növünün tarixi Qədim İndoneziya İndus Buddist krallığının Srivijaya, Macapahit, Sanda Krallığına qədər gəlib çatmışdır. Onlar əsgərlərini və döyüşçülərini silatdan istifadə edərək öyrədirlər.
Arxeoloji tədqiqatlar göstərir ki, bizim eranın VI əsrində Sumatra vilayətində və Malakka yarımadasında döyüş sistemləri yaradılırdı. İki krallıq, VII əsrdən XIV əsrə qədər Sumatrada Srivijaya və XIII əsrdən XVI əsrə qədər isə Yavada Majapahitdə bu döyüş bacarıqdan uzun müddət istifadə etmişlər və bununla da hal-hazırda İndoneziya, Malay və Sinqapurun ərazisini təşkil edən böyük ərazini artıraraq qorumuşlar.
Deyilənlərə görə, qədim Yava tarixinə əsasən, Kidung Sanda, Sunda Prabu Maharadjının mühafizəçiləri Şahzadə Dyah Pitalokanı Majapahitə Kral Xəyyam Veruka gəlin apardıqda onların şərəf və ləyaqətini alçaldanların qarşısında başlarını dik tutaraq, pencak silatın böyük məharətlərini göstərmişlər. 1346-cı ildə Bubat vilayətində Sundanes əsgərləri son damla qanlarına qədər pencakın xüsusi fəndlərindən və müxtəlif silahlardan istifadə edərək döyüşmüşlər.
Baxmayaraq ki, döyüşdə istifadə edilən pencak silat stili çox mükəmməl olaraq, arxipelaqda Yava krallığının hər yerində eyni funksiyaya malik idi: müdafiə etmək, qorumaq və ya ərazini genişləndirmək.
Həmçinin qədim zamanlarda, Bugines və Makasarda Cənubi Sulavesi vilayəti camaatı amansız dənizçilər, avantürist, cəsur və qorxmaz döyüşçülər kimi tanınırdı. Arxipelaqın hər yerində bu adamlar öz döyüş bacarığını görə məşhur idilər. Hal-hazırda, bəzi Malay silat məktəbləri onların qədim Bugines döyüşündən onların döyüşlərini izləyirlər.
Hollandlar XVII əsrdən XX əsrədək yavaş-yavaş İndoneziyada hissələr almağa çalışan ingilislərin və portuqalların dillərini də idarə etməyə başlamışdılar. Bu müddət ərzində holland qanunları həyata keçirdir. 1945-ci ildə İndoneziya müstəqillik əldə edənədək Pencak Silat yeraltında (İndoneziyaya indi də məlumdur) gizli istifadə olunurdu.
Arxipelaqda milliləşdirmənin inkişaf etmə dövründə başqaları pencak silatın intensivləşmiş şəkildə “Bir Dövlət, bir Millət, Bir Dil” şüarı kimi inkişafını əldə etmək istədilər. Növbəti hadisə 1920-ci il üsyanında və Batavidə 10 oktyabr 1928-ci il Gənclərin girovu üsyanında müstəmləkə hökumət pencak silatın gənclər üzərində olan təsirini həm sıxışdırmağa, həm də genişləndirməyə başladılar. Müstəmləkə aparatı hollandların kontroluna zidd təsir göstərəcək hər şeyə göz qoymağa başlamışdır. Pencak silatı öyrənən gənclər güclə, inamla və cəsarətlə holland müstəmləkəçiliyinə qarşı müqavimət göstərmək üçün birləşirdi. Ona görə də pencak silatın özünümüdafiə hərəkatını zirzəmilərdə siyasi hərəkətin başlanması üçün özünümüdafiə növü kimi inkişaf etdirirdilər. Təlim 5 nəfərdən artıq olmayan kiçik qruplarla xüsusi binalarda davam etdirilirdi. Təlimdən sonra pelatlar tək-tək diqqəti cəlb etmədən binanı tərk edirdilər. Zamanla təlim gizli yerlərdə gecənin bir vaxtında, əsasən səhərə yaxın hollandların nəzarətindən yayınmaq üçün keçirilirdi. Pencak silat öyrədənlər əsasən hətta polislərin belə yoxlamağı qorxduqları mağaralar tipli qorxulu yerləri seçirdilər. Onlar burada müdafiə olunmuş olurdular.
Pencak silat hətta 1930-cu il müstəmləkə hökumətinin onlara qoyduğu qadağaya baxmayaraq, ictimaiyyətin gözündən yayınmağa başlamışdı. Pesilatlar üzə çıxdıqca, onları uzaq düşərgələrə sürgün və ya qorxunc həbsxana həyata gözləyirdi. Pencak silat haqqında qəhrəmanlıq dastanı yazanlar isə əsərlərini çox gizli şəkildə saxlayırdılar, çünki onları belə həbsxana həyatı gözləyirdi. Həmçinin holland hakimiyyətinə pencak silatdan istifadə edərək qarşı çıxanları fiziki və mənəvi cəza gözləyirdi. Ancaq biz bütün pencak silat müəllimlərinin və məktəblərinin hökumətə qarşı çıxdığıı deyə bilmərik, çünki pencak silat müstəqilliyin uğrunda mübarizədə çox böyük əhəmiyyətə malik idi.
Çox sayda pencak silat mülkədarları Barisan Peloporda prezident Sokarnonun rəhbərliyi altında İndoneziya millətinin müstəqillik qazanmaq arzusunu həyata keçirmək üçün birləşirdilər. Onların arasında azadlıq mübarizəçilərindən olan İbu Enni Rakmani Sekarninqrat kimi qadınlar, Garutdan olan Panglipur kimi mülkədarlar da var idi. O, hollandlara qarşı Pangeran Papakla birgə Vanaraja, Qarut və Yoqyakartada Rakmanların bələdiyyə rəisinin döyüşçüləri ilə mübarizə aparmışdır. O zamanlar İndoneziya Respublikasının paytaxtı kimi Yoqyakarta holland əsgərlərinə qarşı gəldilər. Bir çox pencak silat mülkədarları arxipelaqın hər yerini onları qorumaq üçün gəzirdilər. Həmçinin Bandunq, Surabaya və digər şəhərlər bu mübarizəyə qoşuldular.
Pencak Silat hətta Balidə inqilab hərəkatına da köməklik etmişdir. Pencak silat öyrənildikdən sonra xarici düşmənləri devirdikdə döyüşçülərə milli qəhrəman I Qusti Nqeraa Reya adı verilirdi. Əsgərlər öz növbəsində hollandlar tərəfindən onlara qoyulan qadağa baxmayaraq Banjar xalqına öz döyüş sirlərini öyrədirdilər. Bu gün isə Qərbi Yavada yaranmış pencak silat Bali adasında ayrılmışdır.
Pencak silat üçün tam standart forması yoxdur. Hər bir tərz özünə aid olan hərəkətə, taktiki izahına və işlənmiş metodlara malikdir. Pencak silatdakı bu metod və tərzlər hər vilayət mülkədarı tərəfindən parçalanaraq öz tərzini yaratdıqda zənginləşmişdir. Buna həmçinin onların yaşayış tərzini də daxil etmək olar ki, onlara misal olaraq Qərbi Yava, Mərkəzi Yava və qərbi Sumatranı misal göstərmək olar. Belə ki, Qərbi Yavada etnik qruplar tərəfindən müəyyən edilmiş mədəniyyət və ictimai normalara malik idi. Onlar üçün pencak silat – həyat tərzlərinin bir hissəsi idi və onlar demişkən "qanlarına hopmuşdur". Onların dilində "penca" və ya "menpo" ("maen poho", hərfi mənası aldadıcı oyun deməkdir), hansı ki, bunlar əsasən dörd tərzdən – Cimande, Cikalong, Timbangan və Cikaret tərzindən ibarətdir və bütün məktəblər, metodlar onlardan əmələ gəlmişdir. Sundanes xalqı həmişə penca/mempodan öz istirahətləri və özünümüdafiə kimi istifadə etmişlər. Ancaq yaxınlarda bundan milli idman növü kimi region yarışlarında istifadə etməyə başlamışlar. Onun formasında özünümüdafiə əllərin iştirakı ilə metodlardan istifadə edərək ayaqlarında köməyi ilə Langka sigzag (azərb. ziqzaqvari addım), langka tilu (azərb. üçbucaq addım), langka opat (azərb. dördkünc addım) və langka alip (azərb. qaçar addım) tip xarakterli addımlar atmaqla istifadə edilir və bunlar çox təhlükəli ola bilir. Ona görə də bu hərəkətlər gizli saxlanılır və xüsusilə onun füsunkarlığı (tenaga dalam və ya daxili hakimiyyət) kimi komponentləri seçilmiş tələbələrə öyrədilir.
Arxipelaqda hər vilayət Silat üçün şəxsi musiqisinə malik idi. Məsələn Qərbi Yavada, Simdanese xalqı Gendanq penca istifadə edirlər. Sumatranın qərbində isə Minanqkabau xalqı xüsusi Saluanq adlı alətdən istifadə edirdi.
Penca mədəniyyət (penca ibing) kimi Sundanes rəqslərində ənənəvi şəkildə Jaepongan, Ketu`tilu, Dombret və Cikemhan tipində istifadə edilir və bu musiqinin alətlərdə tətbiqində belə çox fantastik səslənir. Bu alətlər "pencak barabanları" (gendang penca), iki nəfər barabançıdan (gendang anak Den Kulantir), boru (tetet) və qonqdan ibarət olmaqla yalnız pencaya aid edilir. Pencak həmçinin standart musiqi ritmləri ilə də, məsələn tepak dua, tepak tilu, tepak dungdung, golempang və paleredan tipli tətbiq edilir. Penca sənət kimi təhlükəli sayılmır və hər kəsə açıq şəkildə göstərilə bilər. Nəsildən nəslə bu günə kimi penca azad ölkələrdə canlanaraq sünnət mərasimlərində, düyü bayramında və bütün milli bayramlarda tətbiq edilməyə başlamışdır.
Qərbi Yava, Mərkəzi Yavada yavan xalqı pencakı ənənəvi şəkildə yalnız özünümüdafiə üçün istifadə edirdilər və açıq şəkildə camaata göstərirdilər. Bununla belə, ruhani nöqteyi-nəzərdən (kebatinan) daha böyük hakimiyyətə malikdir. Bu yəqin ki, pencak silat Mərkəzi Yava, Sultan Yogvakarta inkişafı ilə və XV- XVI yüzilliklərdə qonşu krallığın öz siyasi rolunu itirmə faktına əsaslanır. Karetonda (Sultan sarayı) pencak silat sırf döyüş sənət kimi ruhani və humanitar təlim daha mükəmməlləşdirilmiş formada tədris olunurdu. Təlimdə əsasən özünümüdafiə ilə bərabər fiziki gücü hiss etmə metodlarından da istifadə olunurdu.
Yenə də Qərbi Sumatrada pencak silat – öz forma və mənasına görə müxtəlif mədəni məşğuliyyətdir. Qərbi Yavada Qərbi Sumatrada özünümüdafiə ilə sile və ya silat arasında və pencak növünü ilə əlaqədar, hansı ki bir çox Sevah, Alo Ambek və Gelombang tipli ənənəvi rəqslərdə istifadə olunur fərqləndirilir. Qərbi Sumatrada yerləşən Merapi dağları ətrafında yaşayan Minangkabau etnik qrupu kəndində silat ailə yadigarı (pusaka anak nagari) olaraq tanınır. Bu gənclik üçün sahildə səyahət edəndə müdafiə üçün öyrədilir və bu kənar şəxsləri aid deyildir. Pencak rəqsi burada hər kəsə aid edilir.