Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Penni Mordont | |
---|---|
ing. Penny Mordaunt | |
Vəzifədədir | |
19 sentyabr 2021-ci ildən | |
Monarx | II Elizabet |
Əvvəlki | Qreq Hends |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 mart 1973 (51 yaş) |
Doğum yeri | |
Partiya | |
İxtisası | filosof |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | İan Layon ( faktiki) |
Dini | katolik |
Hərbi xidmət | |
Qoşun növü | Krallıq donanması |
pennymordaunt.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Penelope Meri Mordont (ing. Penelope Mary Mordaunt; 4 mart 1973, Torki, Devon qraflığı) — Böyük Britaniyanın siyasi və dövlət xadimi. 15 sentyabr 2021-ci ildən Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri. Əvvəlllər Böyük Britaniyanın ilk qadın müdafiə naziri olub (1 may — 24 iyul 2019-cu il).
Penni Mordont 4 mart 1973-cü ildə Devon krallığının Torki şəhərində anadan olub.[1][2][3][daha etibarlı mənbə lazımdır]. O bildirir ki, o atası desantçı olduğuna görə ona Arethusa HMS sinifli Penelope adlı kreyserin adı verilib[4] . Atası Con Mordont, Hilsi kazarmalarında anadan olub, desant polkunda qulluq edib, sonra müəllim ixtisasına keçib, sonda isə Hempşir şurasında gənclər üzrə işçi kimi çalışıb.[5] Anası Cennifer ( qızlıq soyadı Snouden), Purbrukun bir neçə məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi çalışıb.[5] Ana xətti ilə o ilk leyborist xəzinədarlıq kansleri Filip Snoudenin qohunudur,[6] aktrisa Anjela Lensberi onun nənəsinin əmisi qızıdır,[7][8] beləlikə o leyboristlərin keçmiş lideri Cor Lensberinin uşaq qohumudur.[9] Prnninin iki qardaşı var : ekiz qardaşı Ceyms və kiçik qardaşı Edvard.[10] Mordont Vaterluvil, Hemşirdə yerləşən Oklend Roma-katolik ümumtəhsil məktəbibdə təhsil alıb və Viktorilend teatr məktəbində dram incəsənətini öyrənib.[11]
Mordontun 15 yaşı olanda anası xərçəng xəstəliyindən dünyasını dəyişir. Ekiz qardaşı məktəbi atdığından o kiçik qardaşı Edvard üçün əsas hamiyə çevrilir. O biri il onun atasınında da xərçəng xəstəliyi aşkar edilir, ancaq o müalicə ilə sağala bilir. Təhsil haqqını ödəmək üçün o Johnson & Johnson fabrikində çalışır, Portsmut magiya cəmiyyətinin keçmiş prezidenti fokusçu Uill Eylinqin köməkçisi işləyir.[12]
Penni Mordont siyasətə marağını Rumıniyada xəstəxana və uşaq evlərində çalışdığı zaman təcrübəsi ilə izah edir. 1989-cu ildə Rumıniya inqilab baş verir və totalitar rejimə son qoyulur.[13]
O Redinq Universitetində fəlsəfəni əyrənir və 1995-ci ildə oranı ikinci dərəcəli fərqlənmə ilə bitirir. O ailələrində universitet bitirən birinci şəxs olur.[10] O tələbə hərəkatında fə\al iştirak edir və universitetin tələbə həmkarlar ittifaqının sədri olur.[14]
<ref>
teqi; penportraits
adlı istinad üçün mətn göstərilməyib