Penon-de-Veles-de-la-Qomera

Penon-de-Veles-de-la-Qomera
es/Peñón de Vélez de la Gomera
Yerləşməsi
35°10′20″ şm. e. 4°17′56″ q. u.HGYO
Akvatoriya Alboran dənizi
Ölkə  İspaniya
Penon-de-Veles-de-la-Qomera xəritədə
Penon-de-Veles-de-la-Qomera
Penon-de-Veles-de-la-Qomera
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Penon-de-Veles-de-la-Qomera (isp. Peñón de Vélez de la Gomera) — Keçmişdə ada olmuş kiçik bir yarımada. Yarımada Mərakeşin Afrika sahillərində yerləşməsinə baxmayaraq İspaniyaın suveren ərazisidir. Yarımadanı Mərakeş öz ərazisi hesab edir. Melilyadan 126 km qərbdə, Seutadan isə 117 km cənub-şərqdə yerləşir. Penon-de-Veles-de-la-Qomerada İspaniyanın 60 hərbiçisi yaşayır[1], burada mülki əhali yoxdur[2].

Penonun qumlu dillə birlilkdə eni 400 metr, eni isə 100 metr təşkil edir. Sahəsi 0,019 km²-dir. Yarımada hündürlük 87 metrdir. Burada qala kompleksi vardır. Qala komplksinə daxildir:

  • Qədim müdafiə qurğularının qalıqları,
  • Mayak,
  • Bir necə ev,
  • Helikopter meydaçası

Yarımadada içməli su yoxdur[3].

Penon-de-Veles-de-la-Qomera (692-ci qravürası)

Qaya üzərində ilk dəfə 1162-ci ildə Abd əl-Mumin tərəfindən inşa etdirilmişdir. 23 iyul 1508-ci ildə II Ferdinand tərəfindən göndərilmiş Pedro Navarro adanı və qalanı ələ keçirir. Burada olan olan keçmiş fəniz quldurlarına məxsus bazanı darmadağın edilir. Pedro Navarro adanın ilk rəyisi olur. İşğal İspaniya II Ferdinant ilə Portuqaliya kralı I Manuel arasında münadibətləri korlayır. Ancaq 1509-cu ildə imzalanmış Çintran anlaşması ilə İspaniyanın adaya sahiblənməsi təstiqlənir. 20 dekabr 1522-ci ildə bərbərlər sərkərdəsi hiylə ilə adanı ələ keçirir. Adada yerləşən ispan qarnizonu və komandiri məhv edilir. 1564-ci ildə II Filippin əmri ilə 13 minlik ordu adanı yenidən İspaniyaya qaytarır. Qarsiya Alvares mərakeşlilərlə Osmanlı imperiyasının mümkün hücumuna qarşı anlaşma imzalayırlar[4]. 1680, 1701, 1755, 1781 və 1790-ci illərdə qəsr uğurlu şəkildə bərbər hücumlarına dözür.

ХХ əsr və müasir dönəm

[redaktə | mənbəni redaktə et]

Rif müharibəsinin gedişində 1922-ci ilin martında bərbərlər taxta körpünün köməyi ilə adaya daxil olurlar. İlkin olaraq qala növbətçisi öldürülür. Nəhayətdə qala bərbərlərin əlinə keçir. İspanlar mülki əhalini və qarnizonu «B-1» və «Isaac Peral» gəmilərində evakuasiya etmişlər. Bir müddət sonra ispan legionu adanı ələ keçirirlər[5].

1934-ci ildə güçlü fırtına adanı qumlu tombolo materiklə birləşdirir[6]. Hazırda Penon-de-Veles-de-la-Qomera İspaniya hökumətinə tabedir[7].

  1. "The Lighthouses of Andalusia (Spain)". 2010-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
  2. Penon de Vélez de la Gomera[ölü keçid] Europa-Haus Leipzig
  3. Rézette, Robert. The Spanish Enclaves in Morocco. 1976. Nouvelles Editions Latines. стр. 67
  4. Rézette, Robert. The Spanish Enclaves in Morocco. 1976. Nouvelles Editions Latines. стр. 63
  5. Rézette, Robert. The Spanish Enclaves in Morocco. 1976. Nouvelles Editions Latines. стр. 55
  6. Spanish autonomous communities Arxivləşdirilib 2020-05-13 at the Wayback Machine World Statesmen.org
  7. Central Intelligence Agency: CIA World Factbook 2010, s. 630. Skyhorse Publishing Inc, 2009. ISBN 1602397279