Persey

Persey
q.yun. Περσεύς
Mifologiya Yunan
Yunanca adı Περσεύς
Cinsi kişi[d][1]
Fəaliyyəti Qəhrəmanlıq
Atası Zevs
Anası Danaya
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Persey (yun. Περσεύς) — yunan mifologiyasında qəhrəman, ZevsDanayanın oğlu.

Aqos çarı – Akrisiy peyğəmbərə onun oğlunun olub olmayacağını öyrənmək üçün müraciət edir. Ona bildirilir ki, onun öz oğlan övladı olmayacaq, lakin qızı Danayanın dünyaya gətirmiş olacağı oğlan onu öldürəcəkdir. Bundan ehtiyat edən Akrisiy Danayaya heç bir kişi xeylağı yaxın düşə bilməməsi üçün onu zülmət zirzəmiyə salır. Danayanın gözəlliyinə vurulmuş Zevs özünü qızıl yağışa çevirərək, zirzəmiyə sirayət edir və qıza qovuşur, beləliklə Danaya Zevsdən uşağa qalmış olur. Oğlu Perseyi dünyaya gətirdikdən sonra atasından gizlin saxlamağa çalışsa da uçağın ağlaması onu aşkarlamış olur. Danaya əhvəlatı olduğu kimi Akrisiyə nəql edir lakin atası ona inanmasa da hər ikisini bağlı qutuya salaraq dənizə buraxdırır. Dalğalar qutunu Kiklad adalarına – Serifos sahilinə ataraq, Diktisin balıq toruna salır. Diktisin yanında sığınacaq tapsalar da onun qardaşı çar Polidekt yersiz evlənmə təklifi ilə Danayanı rahat buraxmır.

Bir dəfə Persey artıq gənc yaşında ikən çar Polidek onu təşkil etdiyi "at məclisinə" dəvət edir. O vaxtki ənənəyə görə məclisə dəvət olunan hər bir kəs çara at hədiyyə etməli imiş. Dəliqanlı Persey çarın istəyə biləcəyi hər bir şeyi, lazım gələrsə meduza Qorqun başını belə ona hədiyyə edə biləcəyi ilə öyünür. Bütün müsafirlərdən at hədiyyəsi alan çar Polidek Perseydən meduza Qorqun başını gətirməsini istəyir və hədiyyəsini almadığı təqdirdə onun anası Danayaya zorla evlənəcəyini bildirir.

Persey və Meduza

[redaktə | mənbəni redaktə et]

Çarəsiz Persey qaya üstündə fikirə dalarkən, tanrı Hermes peyda olaraq ona ürək dirək verir və ilahə Afina ilə ona kömək edəcəklərini, bu şücayətdə ona nimfalar tərəfindən qorunan gözəgörünməz papaq (Kynea), qanadlı sandal və sehirli çantanın lazım olacağını və bunların hamısının yerini Qorqona Meduzanın bacısı Qraydan öyrənə biləcəyini söyləyir. Qray anadan qarımış, bir gözlü və bir dişli doğulmuşdur. Afinanın köməyi ilə Qrayın göz və dişini oğurlayaraq nimfaların yerini söylədiyi təqdirdə onları sahibinə qaytarır. Nimfalardan ona lazım olanları aldıqdan sonra HermesAfina ilə birlikdə okeanları üzərək dünyanın sonuna – Qorqona Meduza yaşadığı yerə yetişir. Meduza Qarqona baxan hər kəsi daşa döndərdiyindən Afinanın məsləhəti ilə parıltılı qalxanından güzgü kimi istifadə edərək, Hermesin ona vermiş olduğu almaz oraqla Qorqona Meduzanın başını kəsərək sehirli çantaya atır. Deyilənə görə Persey geriyə uçaraq qayıdarkən meduzanın bir neçə damla qanı Afrika torpağına düşdüyünə görə orada çoxlu vəhşi heyvanlar peyda olmuşdur. Həbəşistana çatarkən qayaya zəncirlənmiş Andromedə – Kefeya çarının qızına rast gəlir. Rəvayətə görə Poseydon ölkəyə göndərdiyi daşqınlar və dəniz bədheybətlərindən təşfişə düşən əhali peyğəmbərə çarə üçün müraciət edirlər. Çıxış yolunu çar qızı Andromedin dəniz bədheybətinə qurban vermələrində görürlər. Bu əhvalatdan hali olan Persey dəniz bədheybətini öldürərək qızı azad edir və ona evlənir. Bütün bu macəralardan sonra geri dönən Persey Polidektin sarayına gələrək meduzanın başını ona təqdim edir.

Akrisiyin ölümü

[redaktə | mənbəni redaktə et]

Polidektlə haqq-hesab çürüdən Persey babası Akrisiy ilə tanış olmaq üçün Arqosa yola düşür. Onu öldürəcəyindən ehtiyat edən Akrisiy Larisə qaçır. Persey Larisə gələrək babası Akrisiyə onun xoş məramla gəldiyini və geri səltənəti Arqosa dönməsini təkid edir və babasını razı salır. Lakin səfərə çıxmazdan qabaq Persey hər hansı yarışda iştirak edərək, təsadüf nəticəsində onun atmış olduğu diskə tuş gələn Akrisiy ölmüş olur. Onun taxtında gözü olmayan Persey Akrisiyin əkiz qardaşı Pretin oğlu Trinfa çarı Meqapenfə səltənətlərini dəyişdirməyi təklif edir. Nəticədə Persey məşhur Mikenin əsasını qoyaraq səltənətini daha da gücləndirmiş olur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Encyclopedia of Ancient Deities (ing.). 1 Jefferson: McFarland & Company, 2000. P. 380. 597 p. ISBN 0-7864-0317-9
  2. Любкер Ф. Perseus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1012–1014.