Perxuli | |
---|---|
gürc. ფერხული | |
Mənşəyi | Gürcü xalq rəqsi |
Perxuli (gürc. ფერხული), perxisa və ya perxisuli[1] — Gürcü xalq rəqsi, əsasən kişilərin ifa etdiyi dairəvi rəqs növüdür. Ən qədim gürcü rəqslərindən biri hesab olunur.[1].
Gürcüstanda 20-yə yaxın perxuli növü məlumdur ki, onların arasında “orartula” və “zemkrelo” kimi də tanınan çoxpilləli perxuliləri xüsusilə qeyd edə bilərik.[2] Svanetidə ən qədim perxuli növləri hələ də qalmaqdadır.[3].
Perxuli rəqsi adətən xorun müşayiəti ilə ifa olunur. İfa zamanı perxulinin tempi yavaşdan çox sürətliyə dəyişir. Perxuli musiqi ölçüsü 3/4 və ya 4/4 olur.[4]
Qədim zamanlarda perxuli tamaşası berikaoba xalq maskaları teatrının tamaşası ilə birləşdirilirdi.[2].
25 mart 2013-cü ildə perxuli rəqsi Gürcüstanın qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.[5].
Gürcüstanda perxuli iki əsas növü var - kult və rəqs.[1] Kult perxuli toy və dəfn mərasimləri zamanı, həmçinin bütpərəst tanrılara həsr olunmuş bayramlarda icra edilirdi. Trialeti qazıntıları zamanı aşkar edilmiş gümüş qabın üzərində eramızdan əvvəl II minilliyə aid maskalı rəqqasların perxuli ifa edən təsviri tapılıb.[6]
Bəzi alimlərin fikrincə, bu rəqs Svan ov tanrısı Daliyə həsr edilmişdir. Perxulidə də digər gürcü rəqsləri kimi xor musiqisi rəqslə ayrılmaz kontras təşkil edir. Ölkənin şərq bölgələrində bu rəqs janrı XX əsrə qədər yaşamışdır. Bu rəqs janrın perxuiləri adətən üç vuruşlu olur və sinkoplaşdırılmış ritmik naxışa malikdir.[1]
Rəqs edən perxulilər ikicərgədə durur və kvadrat quruluşa malikdir (kult perxuli üçün kvadrat quruluş gec təbəqələşmənin əlamətidir). Onlar həmçinin melodiyanın intonasiyası və ritmik variasiyası, xoreik və iambik ritmik fiqurların ardıcıllığı ilə xarakterizə olunur. Rəqsin elementləri arasında heyvanların hərəkətlərini təqlid edən, ovçuluğu, kənd təsərrüfatı əməyini təsvir etmə var. Ümumiyyətlə perxuli üçün də xarakterik olan dairəvi rəqslər forması yuxarıda göstərilən formada meydana gəlmişdir. Perxuli rəqsi cinsi ayrı seçkilik tanımır və bu rəqsi qadınlarla kişilər birlikdə ifa edirlər. Kişilərin rəqsində bir çox kəskin hərəkətlər: dönüşlər, atışlar, barmaq və diz üstü hərəkətlər var. Bunun əksi olaraq, qadın rəqsləri hamar və zərifdir. Rəqslərdə adətən svanların milli geyimindən istifadə olunur.[1]