Petar Koçiç | |
---|---|
serb. Петар Кочић | |
Doğum tarixi | 29 iyun 1877[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 avqust 1916[1][2] (39 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair, jurnalist, romançı, siyasətçi |
Əsərlərinin dili | serbcə |
Vikianbarda əlaqəli mediafayllar |
Petar Koçiç (serb. Петар Кочић; 29 iyun 1877[1][2], Striçiçi[d], Bosniya vilayəti, Osmanlı imperiyası[3] – 27 avqust 1916[1][2], Belqrad, Serbiyada imperiya və kral hərbi administrasiyası[d], Avstriya-Macarıstan[3]) — Serbiya və Bosniya yazıçısı, dramaturq, ictimai xadim, novellaçı və satirik. XX əsrin əvvəllərində serb ədəbiyyatının ən görkəmli xadimlərindən biri.
Vyana Universitetində slavyanşünaslıq üzrə təhsil almışdır. Skopyedəki gimnaziyada dərs deyirdi. Sarayevo və ömrünün sonunda Belqradda yaşamışdır.
Fəal radikal siyasətçi idi, ilk öncə ölkəsinin Avstriya Macarıstan tərəfindən işğalı, sonra da Bosniya və Herseqovinanın ilhaqı barədə narazılığını açıq şəkildə bildirirdi. Radikal görüşlərinə görə iki dəfə, 1907 və 1909-cu illərdə Avstriya-Macarıstan hakimiyyəti tərəfindən təqib edilərək həbs olunmuşdur. 1910-cu ildə Bosniya parlamentinə seçildi.
Belqradın Yeni Qəbiristanlığında dəfn edildi.
Serb ədəbiyyatı tarixinə görkəmli novellaçı və satirik kimi düşdü. P. Koçiçin yaradıcılığı Avstriya-Macarıstan hakimiyyətinin terroru, feodal istismar və türk əsarətindən əziyyət çəkən Bosniya kəndlilərinin faciəli taleyinə həsr edilmişdir.
O, nəsr və dramatik əsərlərində personajların həyatı və taleyi, habelə xalq nitqinin rəngarəng nümunələrini göstərmişdir. Realist və satira payı ilə Avstriya-Macarıstan hökümətinin hökmdarlığının mənfi sosial nəticələrini təsvir etmişdir.
Onun ən vacib əsəri "Porsuq məhkəmə qarşısında" (1904) («Jazavac pred sudom») adlı satirik pyesidir, uzun müddət səhnələrdə göstərilirdi və tamaşaçılar arasında böyük rəğbət qazandı.