Peter Leko

Peter Leko
mac. 'Lékó Péter'
Ölkə Macarıstan Macarıstan
Doğum tarixi (45 yaş)
Doğum yeri Subotiça
Yuqoslaviya Sosialist Federativ Respublikası
(indiki Serbiya Serbiya)
Titulu Qrosmeyster
Son reytinqi 2702 (sentyabr 2016)
Maksimal reytinqi 2763 (aprel 2005)
FİDE nömrəsi 703303
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peter Leko (mac. 'Lékó Péter', 8 sentyabr 1979, Subotiça, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Macar şahmatçısı, qrosmeyster.

İlk dəfə 1999-cu ildə FİDE Dünya Çempionatında iştirak edib və dörddə bir finala qədər irəliləyib.

2000-ci ildəki Dünya Çempionatında isə üçünçü raundda Xalifman tərəfindən məğlub edilmişdir.

2002-ci ilin iyununda keçirilən Dortmund Chess Meeting turniri iki hissədən ibarət idi. Hər qrupdan ilk iki yeri şahmatçılar daha sonra ən güclünü müəyyən etməli idi.Leko B qrupundan final matçlarına vəsiqə qazandı və daha sonra Aleksey Şirov üzərində qələbə qazanaraq finalda Veselin Topalovla görüşdü. Həmin oyunda 2.5-1.5 hesabı ilə qələbə qazanaraq Vladimir Kramniklə matç oynamaq hüququ əldə etdi. Bu uğur Macar komandasının Olimpiadada gümüş medal qazanması ilı əvəz olundu.

2003-cü ildə keçirilən Linares turnirinin qalibi oldu. Kramniklə Klassik Dünya Çempionatının matçın nəticəsi 7:7 oldu və Kramnik öz titulunun qorumuş oldu.

2008-ci ildə şəxsi hesabda birinci lövhədə qızıl medal qazandı.

2013-cü ilin Dünya Kubokunda 0.5-1.5 hesabı ilə Julio Granda-ya məğlub oldu. Sonuncu Olimpiadada komanda hesabında gümüş medal qazandı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]