Petrokemija | |
---|---|
Ümumi məlumatlar | |
Məhsulu | gübrə |
Təsis tarixi | 1968 |
petrokemija.hr/Default.a… |
Petrokemiya (xorv. Petrokemija) — kimyəvi sənaye sahəsi ilə məşğul olan xorvat firması. 1968-ci ildə "INA" dövlət neft şirkətinin filialı kimi "Gübrələr zavodu" (xorv. Tvornica gnojiva) adı altında əsası qoyulub. Kənd təsərrüfatı üçün gübrə istehsalına görə ixtisaslaşıb. Ölkədə "İNA"dan sonra ikinci ən böyük ixracat firması.[1]
Maslovina və Qərbi Slavoniyada neft-qaz ehtiyatlarının axtarışı 1926-cı ildə Lipika yaxınlığında, qonşu Buyavitsa qazından istifadə edən Brezinedə texniki karbon zavodunun tikintisini şərtləndirdi. Kutində Qara karbon adlanan amorf kütlədən 1938-ci ildə Qoyla qazının köməyi ilə istifadə edilməyə başlandı. 1940-cı ildə 1982-ci ilə qədər fəaliyyət göstərən əhəng zavodundan istifadə edilməyə başlandı. 1955-ci ildə gil zavodu tikildi. Bu zavod bir çox sahələrin inkişafı üçün geniş imkanlar yaradırdıː neft və qida sahəsindən tikintiyə və kənd təsərrüfatına qədər, xüsusilə heyvandarlıqda yem əlavələri istehsalına qədər. Xatırlanan zavod Metan adı altında fəaliyyət göstərdi və qısa bir müddət də kimyəvi məhsullar zavodu kimi işlədi.
1943-cü ildən mineral gübrələrinin zavodunun tikinti layihəsi mövcud idi. 1968-cı ildə Kutinin şərq hissəsində neft-kimya məmulatlarının istehsalı zavodunun daxilində mineral gübrələr zavou inşa edildi. həmin ildə də zavod 750 min tonluq istehsalla dünyanın ən iri şirkətlərinin onluğuna daxil oldu. 1 iyun 1968-ci ildə mineral gübrələr zavodu kimyəvi məhsullar istehsal edən zavodla birləşdi.[2] 1970-ci ildə zavod "INA-Petrokemija" adı altında İNA şirkətinin texnoloji funskionallığa malik 4 bölməsindən biri oldu.[3] 1998-ci ildə isə müstəqil səhmdar cəmiyyət kimi qeydiyyatdan keçdi.
CROBEX-in fond indeksinə daxil edilmiş (qoşulmuş) 24 şirkətdən biri olub Zaqreb fond birjasında qiymət təyin etməyə buraxıldı.[4]