Phanqan adası

Phanqan adası
tay เกาะพะงัน
Ümumi məlumatlar
Sahəsi 125 km²
Uzunluğu
  • 18,6 km
Eni 12 km
Hündür nöqtəsi 630 m
Əhalisi 11.846 nəfər (2004-cü il)
Yerləşməsi
9°45′ şm. e. 100°02′ ş. u.HGYO
Ölkə  Tailand
Akvatoriya
Phanqan adası xəritədə
Phanqan adası
Phanqan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Phanqan adası, həmçinin Panqan, Ko Panqan (tay เกาะพะงัน) — Sakit okeana daxil olan Siam körfəzində yerləşən ada. İnzibati baxımdan Taylandın Surattani vilayəti ərazisinə daxildir. Had Pin çimərliyində Hər ay keçirilən «Full Moon Party» hesabına geniş kütləyə məlumdur. Bekperkinq turizmi ilə məşqul olanlar arasında tatnınır.

Koh Phanqan Samur arxipelaqına daxildir. Digər iki böyük ada, Koh Samuy və Koh Tau, eləcə də bir çox kiçik adaları özündə birləşdirir.

Adada dağlıq ərazilər üstünlük təşkil edir. Ərazinin böyük hissəsi tropik meşələrdən ibarətdir. Adada bir neçə kiçik şəlalə vardır. Adanın bir hissəsi kənd təsərrüfatı və hindistan qozu əkinləri üçün istifadə olunur. Sahillər əsasən qayalıdır, lakin körfəz və qumlu çimərlikləri də vardır. Adanın sahəsi 125 km²-dir[1]. Adanın təxmini perimetri 40 km-dir. Ən yüksək nöqtəsi 630 metr olan Xao Ra dağıdır. Materikə olan məsafə təxminən 55 km-dir. Yaxınlığında yerləşən adalar: Samuy (15 km), Tau (35 km). Əsas şəhəri Tonqsaladır.

Yanvar. 24-29 °C, 144,5 mm yağıntı

Fevral. 25-30 °C, 33 mm yağıntı

Mart. 26-31 °C, 50 mm yağıntı

Aprel. 26-32 °C, 86 mm yağıntı

May. 26-32 °C, 157 mm yağıntı

İyun. 26-32 °C, 93 mm yağıntı

İyul. 25-32 °C, 131 mm yağıntı

Avqust. 25-32 °C, 102 mm yağıntı

Sentyabr. 25-31 °C, 113 mm yağıntı

Oktyabr. 25-31 °C, 266 mm yağıntı

Noyabr. 24-29 °C, 526 mm yağıntı

Dekabr. 24-29 °C, 203 mm yağıntı.

Materik, yaxın adalar və Koh Phanqan arasında bir bərə xidməti var. Mərkəzi liman Tonqsala bölgəsində yerləşir. Haad Rin bölgəsində qonşu Samuy adasına gedə biləcəyiniz bir liman da vardır.

Adada istifadə olunan əsas nəqliyyat vasitələri motosikllər və skuterlərdir. Yolların çoxu betondur. İki zolaqldan ibarətdir. Qismən pis vəziyyətdədir. Yollar dağlardan keçir və tez-tez baş verən leysan yolları yuyur. Yerli Tuk-tuklar Taylandın paytaxtı Banqkokda istifadə edilənlərdən fərqli dam və skamyalarla təchiz olunmuş pikaplardır.

Adadakı bəzi çimərliklərə yalnız piyada və ya qayıqla getmək olar.

Adanın ən görməli yerləri məbədlərdir:

  • Chinese Temple (Çin məbədi)
  • Wat Paa Sang Tham
  • Wat Samai Kongka
  • Wat Maduea Wan
  • Wat Pho & Herbal Sauna
  • Wat Phu Khao Noi
  • Wat Ampawa
  • Wat Chaloklum
  • Serafim Sarovski məbədi

2012-ci ildə adada Si Panya Beynəlxalq Məktəbi açıldı. Bu 5 yaşdan 12 yaşa qədər oğlan və qızlar üçün ibtidai məktəbdir[2]. Təlim İngiltərə Milli Proqramı əsasında aparılır.

  1. UNEP islands Arxivləşdirilib 2013-05-01 at the Wayback Machine  (ing.)
  2. "Si Panya School". Koreajobspace.com (ingilis). 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-14.