Pianoboy | |
---|---|
Musiqiçi məlumatları | |
Janrlar | rok, indi-rok, pop-rok |
dmitryshurov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Pianoboy (ukr. Piánoбо́й) — Ukrayna musiqiçisi, "Okean Elzı", "Esthetic Education" və Zemfiranın keçmiş klaviaturaçısı Dmitri Şurovun solo layihəsi. 2009-cu ildə yaradılmışdır. Ukrayn, rus və ingilis dillərində mahnılar ifa edir. Layihədə Dmitrinin bacısı, Kiyev Milli Linqvistik Universitetinin məzunu Olqa Şurova da iştirak edir.
2009-cu ilin əvvəlində Dmitri Şurov "Lev və Leya" operası üzərində işləməyə başlamışdır. Onun bir hissəsi Parisdə modelyer Alyona Axmadullinanın moda nümayişində səsləndirilmişdir. İş prosesində Şurov öz qrupunu yaratmaq ideyasına sahib idi. "Pianoboy" adlanan layihədə ona bacısı, Kiyev Linqvistik Universitetinin məzunu Olqa Şurova kömək etmişdir.[1]
Dmitri Şurovun "Pianoboy" kimi ilk çıxışı 2009-cu ilin sentyabrında ikinci Moloko Musiqi Festivalı çərçivəsində baş tutmuşdur. Bek-vokalçı kimi Dmitri və Olqadan başqa, digər bek-vokalçı Lida Tutuola, gitaraçı İlya Qaluşko və nağara ifaçısı Andrey Nadolski də iştirak etmişdilər.[2] Bundan sonra "Pianoboy" Liliya Litkovskayanın kolleksiyasının şousunda çıxış etmiş, öz dəsti ilə Britaniya kinosu həftəsini açmış və Kiyevdə "Harper's Bazaar" jurnalının ildönümü şənliyində konsert vermişdir.[3]
2009-cu ilin noyabrında "Pianoboy"un radio və televiziyada ilk mahnısı "Məna. Yox"un premyerası keçiriilmiş və 29 dekabr 2009-cu ildə "Pianoboy" Kiyevdə ilk tamhüquqlu solo konsertini vermiş, burada həmin mahnıya klip çəkilmişdir.[4] Klip qrupun gitara ifaçısı, teatr rəssamı Aleksandr Druqanovun atası kiyevli animator Dmitri Lisenbartla birlikdə Aleksandrın qızı rəssam Mariya Druqanovanın rəsmləri əsasında hazırlanmışdır.[1][5]
2010-cu ilin yanvarında "Pianoboy" debüt albomunu yazmağa başlamış və fevralın sonunda Ukraynada klub turuna başlamışdır. Qrupun ilk heyətinə Şurovlar, Tutuola, Nadolski və gitaraçı Aleksandr Druqanov daxil idi. "Pianoboy" 2011-ci ilin fevral ayında "Bumboks" qrupu ilə birlikdə "Etajı" mahnısını yazmışdır. Bundan sonra qrup "Muzıka dlya Mass" şirkəti və eyni zamanda "Bumboks"un prodüseri Aleksey Soqomonovla əməkdaşlığa başlamışdır. 2011-ci ildə "Vedma", "Uikend", "Utekay" və "Etajı" mahnılarına kliplər çəkilmişdir (sonuncu "Bumboks" ilə birlikdə).[1][4]
"Pianoboy" 2012-ci ilin mart ayında "Vedma" mahnısı sayəsində Rusiyanın "Naşe radio" radiostansiyasının "Çartova dyujina" mükafatının "İlin kəşfi" nominasiyasını qazanmışdır.[6] 2012-ci ilin may ayında qrupun debüt albomu olan "Prostıye veşçi" çıxmışdır. Albom "Lavina Music" tərəfindən buraxılmışdır..[7] "Pianoboy"2012-ci ilin avqustunda "Bumboks" və "TNMK" ilə birlikdə Mixey və Cumancinin "Dlya tebya" mahnısına xatirə konserti üçün kaver yazmışdır və 2013-cü ilin yanvarında bu kaver üçün video yayımlamışdılar.[8]
2013-cü ilin sentyabrında "Ne prekraşçay meçtat'" albomu işıq üzü görmüşdür. "Pianoboy" 2014-cü ilin aprel ayında "Rodina" mahnısına klip çəkdirmişdir.[9][10] 2014-cü ilin iyulunda qrupun Moskvada planlaşdırılan konserti Rusiya paytaxtı hökuməti tərəfindən qadağan edilmişdir.[11][12]