Pienini | |
---|---|
pol. Pieniny; slovak. Pieniny | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1050 m |
Sahəsi | 750 km² |
Yerləşməsi | |
49°24′00″ şm. e. 20°25′00″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Polşa, Slovakiya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Pienini[1] (pol. Pieniny; slovak. Pieniny[2]) — Polşanın cənub-şərqində, Slovakiyanın isə şimal-şərq hissəsində yerləşən dağ silsiləsi. Silsilə Qərbi Beskid dağlarının şərq hissəsi hesab olunur. Dəniz səviyyəsindən ən yüksək zirvəsi — Velki-Skalki dağıdır ki, onun da hündürlüyü 1050 metr təşkil edir.[3] Ən tanınmış zirvələrindən biri də Tri Korona dağıdır (982 m).
Dağ massivi 3 hissədən ibarətdir — Spisske Pienini, Mərkəzi Pienini (Polşa ərazisində) və Kiçik Pienini (Polşa və Slovakiya ərazilər). Dağlar əsasən əhəngdaşı və dolomit mənşəli süxurlardan təşkil olunub.
Pienini dağ silsiləsi bir neçə geoloji epoxalar boyu dəniz dibində formalaşmışdır. Təbaşir dövründə toplanmış çöküntü qatı yüksəlməyə başlamışdır. Paleogenin əvvəlində ikinci tektonik qalxma mərhələsi başlamışdır. Üçüncü mərhələ isə paleogenin sonu, neogenin əvvələrinə təsadüf edir. Yekunda mürəkkəb qurluşlu tektonik quruluş formalaşmışdır.
Tektonik qalxma prosesləri ilə yanaşı eroziya prosesləri massivi üst mantiyanın süxurlarında təmizləmiş və ərazinin gələcək modelini formalaşdırmağa başlamışdır. Dağların zirvələri yura dövrünün daha davaml süxurlardan təşkil olunmuşdur.
Massivin vadiləri və aşırımları iqlimə daha həssas olan təbaşirin və paleogenin süxurlarından ibarətdir. Ərazidə mağaralar azdır və ölçüləri kiçikdir. Çaylar üstünlük təşkil edir və dərin kəsilmiş yamaclara malikdir. dən çox dərin yarğanlar mövcuddur.
Ərazinin ən tanınmış çay dərəsi Dunaes çay dərsidir. Ərazidə milli park fəaliyyət göstərir. Pienini silsiləsinin şimal sərhəddindəki ərazilər vulkanik mənşəlidir.
Reginon digər ərazilərindən fərqli olaraq massivin iqlimi daha mülayimdir. Orta illik temperatur vadilərdə 6,3 °C , zirvələrdə isə 4 °C-dir[4].