Pienini dağları

Pienini
pol. Pieniny; slovak. Pieniny
Tri Korona dağının görünüşü
Tri Korona dağının görünüşü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1050 m
Sahəsi 750 km²
Yerləşməsi
49°24′00″ şm. e. 20°25′00″ ş. u.HGYO
Ölkə
Yerləşməsi Polşa, Slovakiya
Pienini xəritədə
Pienini
Pienini
Pienini xəritədə
Pienini
Pienini
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pienini[1] (pol. Pieniny; slovak. Pieniny[2]) — Polşanın cənub-şərqində, Slovakiyanın isə şimal-şərq hissəsində yerləşən dağ silsiləsi. Silsilə Qərbi Beskid dağlarının şərq hissəsi hesab olunur. Dəniz səviyyəsindən ən yüksək zirvəsi — Velki-Skalki dağıdır ki, onun da hündürlüyü 1050 metr təşkil edir.[3] Ən tanınmış zirvələrindən biri də Tri Korona dağıdır (982 m).

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dağ massivi 3 hissədən ibarətdir — Spisske Pienini, Mərkəzi Pienini (Polşa ərazisində) və Kiçik Pienini (Polşa və Slovakiya ərazilər). Dağlar əsasən əhəngdaşıdolomit mənşəli süxurlardan təşkil olunub.

Pienini dağ silsiləsi bir neçə geoloji epoxalar boyu dəniz dibində formalaşmışdır. Təbaşir dövründə toplanmış çöküntü qatı yüksəlməyə başlamışdır. Paleogenin əvvəlində ikinci tektonik qalxma mərhələsi başlamışdır. Üçüncü mərhələ isə paleogenin sonu, neogenin əvvələrinə təsadüf edir. Yekunda mürəkkəb qurluşlu tektonik quruluş formalaşmışdır.

Tektonik qalxma prosesləri ilə yanaşı eroziya prosesləri massivi üst mantiyanın süxurlarında təmizləmiş və ərazinin gələcək modelini formalaşdırmağa başlamışdır. Dağların zirvələri yura dövrünün daha davaml süxurlardan təşkil olunmuşdur.

Massivin vadiləri və aşırımları iqlimə daha həssas olan təbaşirin və paleogenin süxurlarından ibarətdir. Ərazidə mağaralar azdır və ölçüləri kiçikdir. Çaylar üstünlük təşkil edir və dərin kəsilmiş yamaclara malikdir. dən çox dərin yarğanlar mövcuddur.

Ərazinin ən tanınmış çay dərəsi Dunaes çay dərsidir. Ərazidə milli park fəaliyyət göstərir. Pienini silsiləsinin şimal sərhəddindəki ərazilər vulkanik mənşəlidir.

Reginon digər ərazilərindən fərqli olaraq massivin iqlimi daha mülayimdir. Orta illik temperatur vadilərdə 6,3 °C , zirvələrdə isə 4 °C-dir[4].

  1. Словарь географических названий Чехословакии. — М.: ЦНИИГАиК, 1984. — С. 173.
  2. Инструкция по русской передаче географических названий Чехословакии. — М.: Наука, 1977. — С. 16.
  3. "Vysoké skalky - Peakbagger.com". web.archive.org. 2020-08-15. Archived from the original on 2020-08-15. İstifadə tarixi: 2024-05-11.
  4. Józef Nyka. Pieniny (polyak). 2006. ISBN 83-915859-4-8.