Pinin həyatı | |
---|---|
ing. Life of Pi | |
Janr | fentezi filmi[d][1][2][…], dram filmi[3][4][…], macəra filmi[5][6][…], roman ekranlaşdırması[d] |
Əsas mövzu | Təklik[d] |
Rejissor | |
Prodüser | |
Baş rollarda | |
Operator |
|
Bəstəkar |
|
İstehsalçılar | 20th Century Fox[12] |
Distribütor | 20th Century Fox, InterCom[d][13], Netflix |
İlk baxış tarixi | 26 dekabr 2012[14], 20 dekabr 2012[13] |
Müddət | 127 dəq. |
Gəlir | 609.016.565 $[15] |
Ölkə | |
Dillər | ingilis dili, Tamil dili, yapon dili, fransız dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Monreal, Tayvan |
IMDb | ID0454876 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Pinin həyatı 2012-ci ildə ABŞ-da çəkilmiş olan macəra-dram filmidir. Yann Martel tərəfindən 2001-ci ildə yazılmış olan eyniadlı romanın ekranlaşdırılmasıdır. Rejissoru Enq Li olan və David Magee tərəfindən süjet xəttinin ekanlaşdırılması təmin edilən filmdə baş rolları Suraj Sharma, İrfan Khan, Gérard Depardieu, Tabu və Adil Hussain canlandırılmışdırlar. Filmin süjet xətti 16 yaşlı Piscine Molitor "Pi" Patel adlı oğlanın Richard Parker adlı bir Benqal pələngi ilə Sakit Okeanda xilasedici salda sağ qalmağa çalışmasından bəhs edir. Film 11 nominasiya üzrə Akademiya Mükafatına namizəd olmuşdur.
Ölkələrini tərk edərkən zooparkdakı heyvanlarını da özləri ilə apararkən Pi və ailəsi gəmidə olarkən gəmi yolda fırtınaya düşərək batır. Gəminin sağ qalan heyəti isə, kaftar, sınıq ayaqlı zebra, oranqutan, Riçard Parker adlı üç yüz kiloluq Benqal pələngi və Pi adlı 16 yaşlı hindistanlı oğlandan ibarətdir. Pi heç bir xilas yolu olmayan bu okeanda zəif qayıqda yanındakı heyvanlarla bərabər sağ qalmaq üçün mübarizə aparır, iti zəkası və zoologiya məlumatları sayəsində qida zəncirinin qurbanına çevrilmir. Pi 227 gün xilasedici qayıqda dənizdə sağ qalmaq üçün mübarizə aparır.[16][17] Mübarizəsinin axırında isə xilas olur.